“...Düşmənlərimizə mesaj verirəm ki, tezliklə öz torpaqlarımıza qayıdacağıq”
12:20 18.09.2020
Arxiv
643
“Mən Xankəndinin millət vəkili kimi düşmənlərimizə mesaj verirəm ki, biz tezliklə öz torpaqlarımıza, öz evlərimizə qayıdacağıq”.
APA-nın xəbərinə görə, bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasında 1988-ci il 18 sentyabr tarixində Xankəndi şəhərində azərbaycanlılara qarşı ermənilərin kütləvi terror hərəkətlərinə həsr olunmuş mətbuat konfransında icma sədri, deputat Tural Gəncəliyev deyib.
O bildirib ki, bu işğal müvəqqətidir: “18 sentyabr 1988-ci ildə ermənilər tərəfindən Xankəndində törədilən qırğınları unutmamışıq. Biz Xankəndi sakinləri olaraq düşmənlərə mesaj veririk ki, şanlı ordumuzun köməyi ilə Xankəndini lazımsız terrorçu ünsürlərdən təmizləyəcəyik. Ermənistanın təcavüz siyasətinin bitməsinə az qalıb. Biz həmin terrorçulardan haqq-hesab soracağıq. Bu işğal müvəqqətidir, ermənilər işğal edilmiş torpaqlarda müvəqqətidir. Bizim istəyimiz qarşısında Ermənistanın və onun havadarlarının orduları duruş gətirə bilməyəcək. Haqq, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz öz torpaqlarımıza tezliklə geri qayıdacağımız barədə düşmənə açıq mesaj veririk. Bunun sonu tezliklə çatacaq. Bizim buna əzmimiz çatır. Düşmənlərimiz bizim əzmimizi və istəyimizi görürlər və narahatlıq keçirirlər”.
T. Gəncəliyev qeyd edib ki, Xankəndi ulu babalarımızın yaşadığı məskəndir: “Bizi 30 ilə yaxındır bu torpaqlardan uzaq salıblar. Düşmənlərə konkret mesaj veririk ki, bunun səbəbi Ermənistanın yürütdüyü təcavüzkar siyasətdir. Biz öz torpaqlarımıza geri dönmək əzmindəyik. Buna qarşı dura bilməyəcəklər. Azərbaycan Respublikasının ali rəhbərliyi və Azərbaycanın şanlı ordusu tezliklə qızıl hərflərlə yeni tarix yazacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya