Ədliyyə Nazirliyi və TƏBİB nümayəndələri: Tofiq Yaqubluya şiddətlə aclığı dayandırmağı tövsiyə etdik
05:49 18.09.2020
Arxiv
574
Ədliyyə Nazirliyi və TƏBİB-in nümayəndələri "City Hospital"da müalicə olunan Tofıq Yaqubluya baş çəkiblər.
APA-nın xəbərinə görə, TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev bildirib ki, xəstənin vəziyyəti kafi qiymətləndirilir:
"Biz həkim olaraq dərhal aclığı dayandırmasını tövsiyə etdik. Əks halda, aclıq prosesi davam etdiyi müddətdə orqanizmində gedən metobolik proseslər daha da dərinləşə bilər. Hazırkı vəziyyətində isə həyatı üçün təhlükə yoxdur. Ümumi olaraq, T.Yaqublunun vəziyyəti kafi-ağır qiymətləndirilir".
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev də lazım olan bütün tədbirlərin görüldüyünü qeyd edib: "Xəstəxanada şərait yaradılıb. Qida qəbul etməsə də, parentral olaraq ona lazım olan məhlullar köçürülür. Bu gün onun üçün həyati qorxu yoxdur. Lakin biz hər birimiz ona şiddətlə aclığı dayandırmağı tövsiyə etdik".
"Tofiq Yaqublu artıq 16 gündür ki, aclıq elan edib. Biz ona dəfələrlə aclığı dayandırmasını təklif etmişik", - bunu isə T.Yaqublunun vəziyyəti ilə bağlı danışan həkim Adil Qeybulla deyib.
"Mən T.Yaqublu ilə aramızda olan güvənin fonunda xahiş etdim ki, bəzi fəsadların qarşısını almaq üçün infuziya və elektalit köçürülməsinə razılıq versin, T.Yaqublu da razılaşdı. Bu gün TƏBİB nümayəndələri də vəziyyətlə yerində tanış oldu. Bütün dəstək müayinələri də davam etdirilir. Tofiq Yaqublu su qəbulunu da davam etdirir. Ona qidalanma üçün heç bir tələb olunmur, verilən dərmanların da tərkibində qida əlavəsi yoxdur. Onu da qeyd edim ki, ailəsi də hər gün T.Yaqublunun vəziyyəti ilə bağlı məlumatlandırılır", - deyə A. Qeybulla əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oktyabrın sonu beş BÜRC üçün çox maraqlı olacaq
08:30 29.10.2026
Sosial
"Axios": ABŞ və İsrail İran rəhbərliyinə zərbələr endirə bilər
08:07 29.10.2026
Son dəqiqə
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
04:24 29.10.2026
Relaks
Hər Cola şüşəsi ömrünüzdən 9 dəqiqə azaldır - Alimlər
03:53 29.10.2026
Sağlamlıq
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
02:46 29.10.2026
Aktual
2026-cı ilin sözü elan edildi
01:51 29.10.2026
Maraqlı
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual