Əfsanəvi “Nokia” telefonu yenidən buraxılacaq
18:41 09.02.2021
Arxiv
437
"HMD Global" şirkəti əfsanəvi düyməli "Nokia" telefonunun yeni versiyasını buraxacaq. Bu barədə "Mobiltelefon" nəşrinin məlumatında deyilir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, planlaşdırılan qurğu 2003-cü ildə təqdim edilən "Nokia 3650" telefonunun yenilənmiş versiyası olacaq. Telefon şirkətin dizaynlı modelləri sırasına daxildir - qeyri-adi dizayna malikdir. Qurğu aşağı hissəsində dairəvi şəklə salınmış fiziki klaviaturanın yerləşdiyi rəngli ekranla buraxılıb.
Jurnalistlər şirkət tərəfindən yenilənmiş qurğunun orijinal tərtibatının qorunub saxlanacağı və hansı xüsusiyyətlərlə təchiz ediləcəyi barədə məlumata malik deyillər. Mənbələrin məlumatına görə, qiyməti barədə məlumat verilməyən qurğunun nümayişi yaxın həftələr ərzində baş tuta bilər.
Qeyd edək ki, 2003-cü ilin fevralında satışa çıxarılan "Nokia 3650" telefonu 176х208 piksel təsvir ölçülü ekran, videoyazı imkanlı 0,3 meqapikselli əsas kamera, 4 giqabaytlıq quraşdırılmış yaddaş, infraqırmızı port və "Bluetooth" ilə təchiz edilib.
Şirkət bundan əvvəl də klassik "Nokia" telefonlarının yenilənmiş versiyalarını buraxıb. Belə ki, 2020-ci ilin noyabrında "HMD Global" şirkətinin "Nokia 8000 4G" smartfonunu buraxmaq niyyətində olması açıqlanıb. O, mahiyyət etibarilə 2000-ci illərin populyar "Nokia 8800" telefonunun yenilənmiş versiyası olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm
Tramp İranla müharibəni qəti qələbə ilə bitirmək istəyir
15:43 29.04.2026
Gündəm
Zərgərlik sahəsində yeni dövlət standartı qəbul edilib
15:30 29.04.2026
Aktual