Əhali banklardakı əmanətlərini geri çəkib
15:58 26.02.2021
Arxiv
437
2021-ci ilin yanvar ayı üzrə Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 23 milyard 189,3 milyon manat təşkil edib.
Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, 2020-ci ilin yanvar ayı ilə müqayisədə depozit və əmanətlərin həcmi 6,6 faiz azalıb.
Belə ki, vəsaitlərdən 8 milyard 202,9 milyon manatı fiziki şəxslərin əmanətlərini, 1 milyard 833,4 milyon manatı maliyyə təşkilatlarının, 13 milyard 153 milyon manatı isə qeyri-maliyyə təşkilatlarının vəsaitlərini əhatə edib.
Ötən ilin yanvar ayı ilə müqayisədə maliyyə təşkilatlarının depozitlərinin həcmi 5,2 faiz artsa da, qeyri-maliyyə qurumlarında depozitlərinin həcmi 9,3 faiz azalıb.
Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nəzərən 4,5 faiz azalaraq 8 milyard 202,9 milyon manat təşkil edib. Onların əmanətlərinin 49,3 faizi milli valyutada (4 milyard 47,5 milyon manat), 50,7 faizi isə xarici valyutada (4 milyard 155,4 milyon manat) olub.
Rezidentlərə məxsus əmanətlərin həcmi fiziki şəxslərə məxsus əmanətlərin 96,5 faizini (7 milyard 917 milyon manat) təşkil edib. Onların banklardakı əmanətlərinin həcmi ötən ilin yanvar ayı ilə müqayisədə üç faiz azalıb.
Qeyri-rezidentlərin, yəni ölkə hüdudlarından kənarda yaşayan və ya ölkədə müvəqqəti qalan fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi isə 286 milyon manatı təşkil edib və 2020-ci ilin müvafiq ayı ilə müqayisədə əmanətlərin həcmi 32,4 faiz azalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə görüşüb
21:29 22.06.2026
Siyasət
Böyük Britaniyada siyasi ZƏLZƏLƏ: 10 ildə 6 baş nazir getdi
21:01 22.06.2026
Gündəm
Putin və Lukaşenko Zelenskinin təhdidlərini müzakirə edəcəklər
20:30 22.06.2026
Region
İranın danışıqlar heyəti Omana səfər edib
20:23 22.06.2026
Cənubi Qafqaz
Pezeşkiandan İran millisinin bərabərliyinə reaksiya
20:15 22.06.2026
Gündəm
ABŞ dövlət katibi Körfəz ölkələrinə səfər edəcək
20:08 22.06.2026
Dünya
Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi
20:00 22.06.2026
Cənubi Qafqaz
Ağdamda qazıntı zamanı skelet qalıqları aşkar edilib
19:53 22.06.2026
Hadisə
Qazaxıstan Prezidenti Brüsselə rəsmi səfərə gedib
19:36 22.06.2026
Dünya
Almaniya pensiya yaşını artırmağı planlaşdırır
18:35 22.06.2026
Dünya
İrəvan Moskvaya maliyyə təminatı kimi yanaşır - Zaxarova
18:17 22.06.2026
Dünya
Ali məktəb artıq təhsil yox biznes ocağıdır - SOSİOLOQ
17:58 22.06.2026
Elm və Təhsil