Əhalinin internet problemi: Səbəb nədir?
14:10 18.04.2020
Arxiv
658
Karantin dövrü internetə olan ehtiyacımızı daha da artırıb. Hazırda bir çox danışıqlar, hətta dərslər də onlayn formada həyata keçirilir. Bu isə evlərdə ucuz və sürətli internetin xidmətinin olmasını labüd edir.
Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
İT mütəxəssisi Rəşad Əliyev məsələ ətrafında fikirlərini bölüşüb:
“Hazırda evlərdə internetə tələbat daha da çoxalıb, şirkətlərdə isə azalıb. Evlərdə internetin zəif olmasının digər səbəblərindən biri də ADSL istifadə olunmasıdır. Evlərdə fiber-optik internetin olmaması sürətin də zəifləməsi deməkdir”.
Pandemiya bitsə belə, artıq dünyada məsafəli dönəm başlayıb. Yəni internetə olan tələbat azalmayacaq. Bu isə provayderlərin qarşısına yeni tələblər qoyur.
“Növbəti mərhələlərdə bütün evlərdə fiber optikaya keçid, məsafədən internetin olması, LTE və s. sürət problemini həll edə bilər. Texnologiya günü-gündən inkişaf etdiyinə görə, hazırki texnologiyamızı 10 il bundan əvvəlki ilə müqayisə etdiyimizdə böyük fərqi görmüş oluruq. Bu fərqi ölkəmizdə də görmək üçün innovativ həllərə, innovativ yanaşmalara başlamaq lazımdır. Həmçinin, texniki bazamızı genişləndirmək lazımdır”, - R.Əliyev əlavə edib.
Hazırda Təhsil Nazirliyi virtual məktəb layihəsini həyata keçirir, bir çox universitetlər distant təhsilə keçidə hazırlaşır, dövlət qurumları isə xidmətini elektron formada göstərir. Amma yaxın keçmişdə dövlət qurumlarının elektron sistemlərinin vacib məqamları çökməsi təcrübələrini yada salsaq, təhlükəsiz internet məsələnin aktuallığını biraz da artır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova məsələyə aydınlıq gətirib:
“Mütəxəssislərimiz istifadəçilərimizin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə şəbəkənin təkmilləşdirilməsi istiqamətində profilaktik tədbirlər həyata keçirirlər. Bununla yanaşı göstərilən xidmətlərin respublika üzrə fasiləsiz təmin edilməsi üçün magistral xətlərə daim nəzarət edilir. Telekominikasiya operatorlarının hamısının internet provayderlərinin karantin rejimində çalışması üçün tam hazırlıq da görülüb və gündəlik də görülür bu işlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə