Əhalinin yarıdan çoxu məhkəmələrə və icra başçılarına ETİBAR ETMİR – RƏSMİ
13:03 25.08.2020
Arxiv
807
Azərbaycan əhalisinin yarıdan çoxu yerli icra hakimiyyətlərinə və məhkəmələrə etibar etmir.
"Sherg.az" xəbər verir ki, bu dövlət qurumu olan Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sonuncu rəy sorğusunda məlum olub.
Şəhər və rayonların icra başçıları: İşlədiyi müddət, doğulduğu yer və tarix - SİYAHI
STM-in məlumatına görə, sorğuda məlum olub ki, hakimiyyətin digər qolları (qanunverici və məhkəmə hakimiyyəti) ilə müqayisədə respondentlərin mütləq əksəriyyəti (94.7 faiz) ölkə Prezidentinə etibar edir. Prezidentə “tam etibar edirəm” deyənlər isə 90,8 faiz təşkil edir. Rəyi soruşulanlar arasında parlamentə etibar edənlər isə 57,4 faiz olub.
Sorğuda ən maraqlı nəticələr əhalinin yerli icra hakimiyyətləri və məhkəmələrə münasibətini öyrənəndə ortaya çıxıb. Məlum olub ki, respondentlər arasında yerli icra hakimiyyətinə etibar edənlər cəmi 46,2 faiz, məhkəməyə etibar edənlər isə cəmi 49%-dir. Başqa sözlə, rəyi soruşulanların yarıdan çoxu bu qurumlara etibar etmir.
Sorğunun nəticələri ilə bağlı açıqlamada bu rəyin səbəbləri ilə bağlı məlumatm göstərilməyib. Amma “Hansı sahədə daha çox islahatlara ehtiyac var?” sualına cavab verənlərin yarıdan çoxu icra hakimiyyətinin (53.7 faiz), 45,7 faizi isə məhkəmələrin adını çəkib. «Bu nəticə onu deməyə əsas verir ki, hələ də yerlərdə icra hakimiyyətlərinin fəaliyyətləri qənaətbəxş deyil və vətəndaşlar tərəfindən səmərəli qiymətləndirilmir»-deyə STM-in açıqlamasında bildirilir.
Qeyd edək ki, mart ayında keçirilən ictimai rəy sorğusunda ümumilikdə 1212 respondent iştirak edib. Respondentlər təsadüfi qaydada seçilmiş 101 klasteri təmsil ediblər.
Sorğu arealı aşağıdakı iqtisadi-coğrafi rayonlarda həyata keçirilib: Bakı, Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Lənkəran. Sorğu Naxçıvan Muxtar Respublikasında və işğal edilmiş regionların ərazisi istisna olmaqla bütün ölkəni əhatə edib. Eyni zamanda, işğal edilmiş rayonların etnik azərbaycanlı əhali qrupu da sorğuya cəlb olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Ukrayna NATO-ya məxsusdur
15:59 07.07.2026
Dünya
Ərdoğan Donald Trampı Ankara hava limanında qarşılayıb - YENİLƏNİB
15:57 07.07.2026
Gündəm
Von der Lyayen: Türkiyə NATO-da hər zaman əhəmiyyətli rol oynayıb
15:55 07.07.2026
Siyasət
Bred Pitt gənc sevgilisi ilə ilk rəsmi paylaşımını etdi
15:18 07.07.2026
Şou
Mark Rutte: Transatlantik hərbi-sənaye inqilabının ərəfəsindəyik
15:03 07.07.2026
Gündəm
Trampın təyyarəsi Ankaraya enib
14:43 07.07.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə