Elçin Əmirbəyov İsveçrə qəzetinə müsahibəsində Ermənistanın təxribatlarından danışıb
18:10 08.10.2020
Arxiv
529
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov İsveçrənin “La Liberte” qəzetinə müsahibə verib.
“La Liberte” qəzetinin 8 oktyabr tarixli nömrəsində dərc edilmiş məqalədə Elçin Əmirbəyov Ermənistanın baş naziri Nikol Paşinyanın təxribatlar törətdiyini vurğulayır.
Bildirir ki, Azərbaycan ərazisindəki mülki əhali və infrastruktur Ermənistan ərazisindən hər gün hədəfə alınır, bununla da Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və müharibə cinayətləri törədir. N.Paşinyanın bu təxribatlarının məqsədi isə Rusiyanı bu münaqişəyə cəlb etməkdir.
Daha sonra qəzet E.Əmirbəyova istinadla yazır ki, Azərbaycan Türkiyənin hərbi yardımını almır və buna ehtiyacı da yoxdur. Təxminən son 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik fəaliyyətini həyata keçiriblər, lakin əfsuslar olsun ki, bu günədək bu münaqişə həll edilməyib. Buna görə də vasitəçi olan həmsədr ölkələr də məsuliyyət daşıyır. Belə ki, 1990-cı illərin əvvəllərindən başlayaraq vasitəçi olan həmsədr ölkələrin Ermənistana təzyiq göstərməməsi Ermənistanda cəzasızlıq hissi yaradıb.
Birinci vitse-prezidentin köməkçisinin fikrincə, atəşkəs özü-özlüyündə münaqişənin həlli demək deyil, münaqişə köklü şəkildə həll edilmədən atəşkəs çox davam edə bilməz. Azərbaycan israr edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrə əsasən erməni hərbi qüvvələri ölkəmizin işğal olunmuş bütün ərazilərdən çıxarılmalıdır. Azərbaycan oradakı yerli erməni mülki əhalini öz vətəndaşları hesab edir və onların təhlükəsizliyini təmin etməyə hazırdır.
Daha sonra E.Əmirbəyov bildirir ki, münaqişənin mürəkkəbliyini nəzərə alaraq deyilən məsələlər iki gün ərzində həll edilə bilməz. Bunlar üçün müəyyən vaxt və mərhələli yanaşma tələb edilir. Bununla əlaqədar ATƏT-in Minsk qrupunun bir neçə təklifi Yerevan tərəfindən rədd edilib. Hər dəfə danışıqlarda müəyyən irəliləyiş hiss ediləndə, Ermənistan yeni bir bəhanə ilə substantiv danışıqlardan boyun qaçırır.
E.Əmirbəyovun fikrincə, N.Paşinyanın danışıqları pozmasından sonra onun məsuliyyətli danışıqlar tərəfdaşı olması suallar doğurur və bu amil ciddi maneədir. Bakı danışıqlara qayıda bilər, lakin biz əmin olmalıyıq ki, Ermənistan işğaldan əl çəkib öz qoşunlarını ərazilərimizdən qeyd-şərtsiz çıxarmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət