Emin Mahmudov daha üç il Azərbaycanda oynayacaq 

“Neftçi” PFK kapitan Emin Mahmudovla müqavilənin müddətini artırıb.
Oxu.Az xəbər verir ki, yeni anlaşmaya görə, təcrübəli futbolçu daha üç il “ağ-qara” formanı geyinəcək.
Qeyd edək ki, Emin Mahmudov bu mövsüm meydana çıxdığı 26 oyunda altı qol vurub.
Bundan əvvəl isə Anton Krivotsyuk yeni anlaşmaya imza atmışdı.