Ən çox bu ölkədən gələn vətəndaşlarda koronavirusa yoluxma aşkarlanıb - RƏSMİ


“Əvvəlki dövrlərdə Avropa qitəsindən təyyarə ilə gələn vətəndaşlarımız arasında koronavirusa yoluxma halı çox olurdu”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, son dövrlərdə Rusiyadan gələnlər arasında koronavirusa yoluxma halları daha çox müşahidə edilməyə başlanıb:

O qeyd edib ki, Rusiyadan gələn vətəndaşlar arasında koronavirusa yoluxanların sayı 18-20 faiz olub:

“Bu göstərici müəyyən dövrlərdə dəyişir və artmağa doğru gedir. Aprelin sonu - mayın əvvəlində quru sərhədlə Rusiyadan gələn 540 vətəndaşın 8-10 nəfərində pozitiv hal aşkarlanmışdı”.