Ermənilər 47 mülki vətəndaşımızı qətlə yetirib, 222-ni yaralayıb - PROKURORLUQ

Ermənistan Silahlı Qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində dəyən ziyan açıqlanıb.
Baş Prokurorluqdan "Sherg.az"a verilən məlumata görə, nəticədə 47 mülki şəxs həlak olub, 222 nəfər yaralanıb. O cümlədən, 1669 fərdi yaşayış evi, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyektə ciddi ziyan dəyib.