Ermənilər cəbhə bölgəsində yanğın törədiblər
11:35 30.09.2020
Arxiv
551
Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərdə dağıntı və yanğınlar baş verir, dinc əhalinin, eləcə də dövlətin əmlakına ciddi ziyan yetirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 29-da Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər nəticəsində Tərtər rayonu, Şıxarx qəsəbəsi ərazisində yerləşən və “Azərişıq” ASC-yə məxsus transformatorda yanğın başlayıb.
Lakin Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində transformatorun qoruyucu açarı və giriş-çıxış kabeli 15 metr yansa da transformatorun özü yanğından mühafizə olunub. Bundan başqa, ötən gecə Ağdam rayonu, Əhmədağalı kəndində düşmən mərmisinin düşməsi nəticəsində vətəndaşa məxsus təsərrüfat obyektində yanğın baş verib, operativ müdaxilə sayəsində obyektin bir hissəsi və bitişik ev yanğından mühafizə olunub. Ağdam rayonu, Baharlı-1 qəsəbəsində yerləşən, vətəndaşa məxsus təsərrüfat obyektində də baş vermiş yanğın söndürülüb, obyektin bir hissəsi yanğından mühafizə olunub.
Həmçinin, ötən axşam və gecə saatlarında Ağdam rayonunun Əhmədağalı, Çəmənli, Sarıcalı kəndlərində fərdi yaşayış evləri və təsərrüfat obyektlərində, Tərtər rayonu, Əskipara kəndində təsərrüfat obyektlərində yanğınlar baş verib. Qeyd olunan ərazilər düşmən tərəfindən intensiv atəşə məruz qaldığından yanğınlara müdaxilə etmək mümkün olmayıb.
Ağdam rayonu, Baharlı-1 qəsəbəsində isə mərmi atılması nəticəsində evdə dağıntı olsa da yanğın baş verməyib.
Qeyd olunub ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə