Ermənilər Laçın və Qubadlıdan qaçdılar - RƏSMİ

“Cəbhənin Qubadlı istiqamətində düşmən mövqeləri ataraq qaçıb”.

"Sherg.az" xəbər verir ki, bu sözlər Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilir ki, cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb:

"Məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb.

Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb".