Ermənilər Müdafiə Nazirliyimizin adına saxta "Twitter" hesabı açdı

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açılıb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən "Sherg.az"a bildirilib ki, vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.

Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi tvitter hesabı bu linkdədir:
https://twitter.com/wwwmodgovaz