Ermənilərin mülki əhalini atəşə tutması faktı ilə bağlı cinayət işi başlandı
12:26 15.07.2020
Arxiv
717
2020-ci ilin iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq müxtəlif növ artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Ermənistan terrorçu və təcavüzkar siyasətini növbəti dəfə nümayiş etdirməklə özünün silahlı aqressiyası nəticəsində mülki əhalinin sıx yaşadığı əraziləri atəşə tutmaqla dinc əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər.
Belə ki, iyulun 14-də saat 15 radələrində Qazax rayonu, Bala Cəfərli kəndi ilə üzbəüz mövqedə yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus reaktiv qurğudan buraxılmış mərminin atılaraq partlaması səbəbindən həmin mərminin müxtəlif hissələri Xanlıqlar kənd sakinləri Səlminə Əliyeva, Məhbub Orucova, Əziz Şirinov, İlham Mehtiyev, Razim Musayev və Kamil Cahanova məxsus evlərin dam örtüklərinə, həmçinin həyətyanı sahələrinə səpələnib və nəticədə zərərçəkmiş şəxslərin əmlakları qəsdən zədələnməklə sonunculara xeyli miqdarda ziyan vurulub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilməklə maddi sübutlar toplanıb, dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə mütəxəssislər cəlb olunub və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.2-ci (yandırmaqla, partlatmaqla, və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qəlb cəbhəsi” kitabının təqdimatı olub -FOTO
20:46 03.03.2026
Ədəbiyyat
“Akopyan qərarsızların səsini toplaya bilər” - Fuad Abbasov
20:39 03.03.2026
Gündəm
Aİ və Körfəz ölkələri regiondakı gərginliyi müzakirə edəcək
20:14 03.03.2026
Dünya
“Xamenei getsə də sistem çökməyəcək” - Tural Abbaslı
19:55 03.03.2026
Müsahibə
Qətər İrana zərbələr endirib
19:44 03.03.2026
Dünya
Pərviz Şahbazov və Aİ-nin komissarı birgə bəyanatla çıxış ediblər
19:35 03.03.2026
Siyasət
Bakı metrosunda sərnişindaşıma 5%-ə yaxın artıb
19:00 03.03.2026
Dünya
Soçidə ard-arda zəlzələ olub
18:38 03.03.2026
Hadisə
İranda Ekspertlər Məclisinin binası hədəfə alınıb
18:15 03.03.2026
Gündəm
“Regionu qarşıda od-alovlu günlər gözləyir” - Siyasi şərhçi
18:05 03.03.2026
Siyasət
Həmid Herisçi tezliklə İrandan Azərbaycana qayıdacaq
17:59 03.03.2026
Cəmiyyət
Oman Sultanı Qazaxıstana səfər edəcək
17:55 03.03.2026
Dünya
Nazir: CQD böyük gəlirlər gətirən strateji layihədir
17:53 03.03.2026
Aktual
Sosial şəbəkələrdə müsbət dəyişiklik olacaq - EKSPERT
17:52 03.03.2026
Texnologiya
Rusiya ordusu Donetskdə irəliləyir
17:45 03.03.2026
Dünya