Ermənistan Azərbaycanın enerji infrastrukturu obyektlərini atəşə tutmaqda davam edir
13:49 01.10.2020
Arxiv
476
Ermənistanın silahlı qüvvələri mülki infrastruktur obyektlərini atəşə tutmaqda davam edir. Bu günə olan məlumatlara görə yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində Goranboy, Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Göygöl rayonları və Naftalan şəhərini elektrik enerjisi ilə təchiz edən infrastrukturların bir qismi yararsız hala düşüb.
Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, belə ki, Goranboy rayonunda 35 kV-luq “Gülüstan”, 110/30/10 kV-luq “Naftalan” yarımstansiyadan çıxan 10 kV-luq “Əzizbəyov”, “2-ci Subartezian” hava xətləri və 2 ədəd transformator vurulub.
Tərtər rayonunda 35 kV-luq “İsmayılbəyli” yarımstansiyasından çıxan 10 kV-luq “1№-li Hüsənli” hava xətti 9 yerdən, “3 №-li Qaraqoyunlu” hava xətti 11 yerdən, “4 №-li Qaynaq” hava xətti 17 yerdən, “5 №-li Evoğlu” hava xətti 1 yerdən, “10№-li Qapanlı” hava xətti 12 yerdən, “6 №-li Qarağacı” hava xətti 3 yerdən vurulub. Bu xətlərin, həmçinin yararsız vəziyyətə düşmüş 35 kV-luq “Dəmirçilər”, “İsmayılbəyli” hava xətlərinin, eləcə də 110/35/10 kV-luq “Tərtər” yarımstansiyasından çıxan və 30 dəfə vurulmuş 10 kV-luq “6 №-li Şıxarx” hava xəttinin təmir-bərpası hələlik mümkün olmayıb. 110/35/10 kV-luq “Tərtər” yarımstansiyasından çıxan və dəfələrlə atəşə məruz qalmış 10 kV-luq “3 №-li AzGes”, “8 №-li Şəhər”, “11 №-li Sarıcalı”, “9 №-li Şəhər”, 1 №-li Qaradağlı” və “4 №-li Seydimli” hava xətləri isə bərpa olunub.
Füzuli rayonunda 35 kV-luq “Horadiz-Böyük Bəhmanlı” hava xətti , 35/10 kV-luq “Mahmudlu” yarımstansiyasından çıxan 10 kV-luq “Qazaxlar” hava xətti vurulub və bərpa olunub. Alxanlı kəndində isə 0.4 kV-luq paylayıcı şəbəkə yararsız haldadır, təmir-bərpa işləri görülür.
Ağdam rayonunda 35 kV-luq “Quzanlı-1”, “Quzanlı-2” hava xətləri, 35/10 kV-luq “Əfətli”, 110/35/10 “Təzəkənd, 35 kV-luq “Xındırıstan” , 35 kV-luq “Baharlı”, 35/10 kV-luq “Baharlı”, 35/10 kV-luq “Ergi-1” və 110/35/10 kV-luq “Ergi” yarımstansiyalarından çıxan 10 kV-luq hava xətləri dəfələrlə atəşə məruz qalıb. Bu hava xətləri bərpa edilib, lakin vurulan 3 ədəd transformator tamamilə yarasız vəziyyətdədir.
Ağcabədi rayonunda 35/10 kV-luq “Qiyamədinli” yarımstansiyasından çıxan 10 kV-luq “Arazbarı” hava xətti 4 dəfə vurulub və bərpa olunub.
Naftalanın Qaşaltı kəndində və Göygölün Tovuzlar kəndində isə 0.4 kV-luq paylayıcı şəbəkələr yararsız haldadır, təmir-bərpa işləri görülür.
Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar 27 sentyabr tarixindən etibarən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin, Tərtər rayonu üzrə ümumilikdə Tərtər şəhəri və 51 kəndin qaz təchizatı məhdudlaşdırılıb. Tərtər rayonunun isə qaz təchizatı bərpa edilib. Füzuli rayonu üzrə 3910 abonentə təbii qaz verilib, 8655 abonentin qaz təchizatı məhdudlaşdırılıb. 43 kənddən ibarət Ağcabədi rayonunun 25 kəndində qaz təchizatı isə məhdud olaraq qalır.
Bu gündən Beyləqan rayonunun 42 kəndinin qaz təchizatı tam təmin edilib. Ağdam rayonunun 1 kəndi (İmanqulubəyli kəndi) və 5 qəsəbəsi (83 saylı Yeni İmanqulubəyli, İmanqulubəyli, Quzanlı, Quzanlı-1 və Qasımbəyli qəsəbələri, 689 saylı qəsəbə) təbii qazla təmin edilib, rayonun 53 yaşayış məntəqəsinin qaz təchizatı isə məhdudlaşdırılmış olaraq qalır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya
NATO təyyarəsi Rusiya yaxınlığında uçuş həyata keçirdi
15:12 04.07.2026
Dünya
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
14:56 04.07.2026
Ekologiya
Medvedev: İranın ehtiyatında “termonüvə silahı” da var
14:12 04.07.2026
Gündəm
İmişlidə zəlzələ olub
14:00 04.07.2026
Hadisə
İrana verilən təklif Qalibafı hiddətləndirdi - “Ac özünüzsünüz”
13:43 04.07.2026
Region