Ermənistan beynəlxalq tərəfdaşlarından koronavirusla mübarizədə kömək istədi

Ermənistanın Səhiyyə Nazirliyi beynəlxalq tərəfdaşlarına koronavirus infeksiyası ilə mübarizədə kömək üçün müraciət göndərib.
“İnterfaks” bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyanın açıqlamasına istinadla xəbər yayıb.
Daha əvvəl Litva və Gürcüstanın Ermənistana həkim və mütəxəssislər göndərəcəyi barədə xəbər yayılmışdı.
Son məlumatlara görə, Ermənistanda 14 669 nəfərdə koronavirus aşkar edilib.