"Ermənistan bölgədə genişmiqyaslı münaqişə zonası yaratmaq istəyir" - Ərdoğan
08:16 08.10.2020
Arxiv
567
Qətərdə çıxan "Yarımada" qəzetinə müsahibə verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağdakı qarşıdurmalarla bağlı dünyaya açıq bir mesaj verib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan, “Azərbaycan Ermənistanın quldurluqla işğal etdiyi torpaqlarını alır" dedi.
Ərdoğan Ermənistanın “bölgədəki münaqişəyə Türkiyənin də daxil olduğu” iftirasına sərt sözlərlə qarşılıq verib. O bildirib ki, Ermənistanın bu cəhdi yaşadığı çarəsizlik və ümidsizliyin isbatıdır.
Türkiyə prezidenti vurğulayıb ki, Ermənistan quldurluqla işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlarda işğal 30 ildir davam edir. İşğal zamanı Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım və vəhşilkləri vurğulayan Ərdoğan beynəlxalq təşkilatların bu qətliamlara səsisz qalmasının Ermənistanı cəsarətləndirdiyini deyib: “Beynəlxalq təşkilatların səssizliyindən cəsarət alan Ermənistan yinə de sivil insanlara qarşı hücumlarını davam etdirirdi. Buna qarşılıq olaraq Azərbaycan hərəkətə keçdi və indi Ermənistanın quldurluqla ələ keçirdiyi torpaqları bir-bir geri alır. Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da “bir millət, iki dövlət” düsturu çərçivəsində haqlı davasında Azərbaycan dövlətinin, xalqının yanındadır. Azərbaycanlı qardaşlarımıza dəstəyimiz bütün imkanlarımızla davam etdirəcəyik.
Erdoğan onu da əlavə edib ki, Dağlıq Qarabağ məsələsi son 30 ildir Qafqazın ən önəmli böhran mövzusudur: “Bu problemin çözülmısi üçün BMT qərarlarının həyata keçirilməısi və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi vacibdir. Hər fürsətdə türk millətinə qarşı hücuma keçən və düşmən mövqeyi sərgiləməkdən geri addım atmayan Ermənistan, bölgədə sülhün, sabitliyin önündəki ən böyük əngəldir. Ermənistanın son işğal cəhdində aldığı ağır məğlubiyyətdən sonra Türkiyəni də münaqişənin içində göstərmək cəhdləri sıxışmasının, ümidsizliyinin isbatıdır. Ermənistanın bu münasibəti belə bölgədə geniş miqyaslı münaqişə zonası yaratmaq istədiyinin göstəricisidir. Yaşanan son proses kimin həqiqətən barışı dəstəklədiyini ortaya qoydu. Bu gerçəyi görərək beynəlxalq ictimaiyyəti illərdir tətbiq etdiyi ikili standartlardan imtina etməyə və Ermənistanın Azərbaycan ərazisindəki işğalına son qoymaq üçün addımlar atmağa çağırdığımı təkrar edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət