"Ermənistan faşist simasını göstərməyə davam edir” - Markov
11:11 28.10.2020
Arxiv
467
“Döyüş meydanında uduzan Ermənistan öz faşist simasını göstərməyə davam edir. Həmsədr ölkələrin təşəbbüsü ilə əldə olunan hər atəşkəs sonrası Azərbaycanın dinc şəhərlərini raketlərlə hədəfə alan Ermənistanın məqsədi həm üçüncü ölkələri münaqişəyə cəlb etmək, həm də Azərbaycan əhalisi arasında qorxu-təşviş yaratmaqdır”.
Bunu APA -nın Moskva müxbirinə müsahibəsində Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin simasında beynəlxalq ictimaiyyət Ermənistan rəhbərliyindən Azərbaycanın dinc şəhərlərinin atəşə tutulmasını dərhal dayandırmağı tələb etməlidir.
S. Markov Ermənistanın hər atəşkəs sonrası Azərbaycanın dinc şəhərlərini hədəfə almaqla bır sıra siyasi məqsədlər güddüyünü bildirib: “Birinci məqsəd Azərbaycan əhalisində qorxu-təşviş yaratmaqdır ki, vətəndaşlar Azərbaycan Prezidenti İlham Əliyevi Dağlıq Qarabağın işğaldan azad olunması mübarizəsində az dəstəkləsin. İkinci məqsəd maksimal dərəcədə Rusiyanı bu münaqişəyə cəlb etməkdir. Ermənistan yaxşı anlayır ki, Rusiya ilə Ermənistan arasındakı müqavilə və Kollektiv Təhlükəsizlik Müqaviləsi ancaq Ermənistan ərazisinə təcavüz olduqda keçərlidir. Hazırda Azərbaycan şəhərlərinin raket hədəfinə alınması məhz Ermənistan ərazisindən həyata keçirilir. Məqsəd Azərbaycanı cavab tədbiri görməyə, Ermənistandakı hədəfləri vurmağa təhrik etməklə təxribata çəkməkdir. Üçüncü, burada məqsəd həm də Ermənistan cəmiyyətindəki tamamilə sönmüş döyüş ruhunu qaldırmaqdır. Təəssüflər olsun ki, Ermənistan əhalisi də dinc Azərbaycan şəhərlərinin vurulmasını özünə mənəvi qələbə hesab edir”.
Rusiyalı ekspert qeyd edib ki, Ermənistan rəhbərliyindən hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşən Azərbaycan şəhərlərinin raket hədəfinə alınmasına son qoyulması dərhal tələb olunmalıdır: “Bu tələbi isə Azərbaycanın Dağlıq Qarabağ torpağının işğaldan azad olunması ilə bağlı haqlı mübarizəsini dayandırmağa çalışan həmsədr ölkələr etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Harri Keyn Peleni keçdi
02:12 02.07.2026
Futbol
SEPAH-a 100 milyon barrel neft ayıra bilərik - Pezeşkian
01:40 02.07.2026
Dünya
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm