“Ermənistan Qubadlı və Zəngilan istiqamətində təxribatlar törədir” - RƏSMİ
11:34 03.11.2020
Arxiv
655
“Qubadlı və Zəngilan istiqamətində dövlət sərhədində Ermənistanın təxribatları davam edir”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, Ermənistan bu ərazilərin azad edildiyini və dövlət sərhədi olduğunu dərk etməlidir: “Azərbaycanın Ermənistan ərazisində hər hansı hədəfləri olmadığını bir daha bəyan edirik”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, oktyabrın 8-də Füzuliyə fosforlu mərmi düşüb və ANAMA onu neytrallaşdırılıb: “Bu günlərdə Ermənistan tərəfindən Şuşa meşələrinin, Topxana meşələrinin yandırılması üçün fosforlu mərmilərdən istifadə edilir. Ermənistan tərəfindən Xocavənd istiqamətində böyük fosfor maddəsi gətirilməsi barədə kəşfiyyat məlumatı var. Tərkibində ağ fosfor olan mərmilərdəki fosfor tənəffüslə ağciyərə daxil olduqda ciddi fəsadlar törədir. Dəri ilə təmasda olduqda isə əzələdə, daxili orqanlarda ciddi fəsadlar yaradır. Ermənistan bu silahdan istifadə etməklə Azərbaycan Ordusuna və mülki əhaliyə zərbə vurmaq istəyir. Ağ fosforlu silahlardan istifadə edilməməsi BMT-nin 1982-ci ildə qəbul etdiyi sənəddə, o cümlədən Cenevrə Konvensiyasında əksini tapıb. 1997-ci ildə Ermənistanın qoşulduğu Konvensiyaya əsasən də bu silahdan istifadə qadağandır. Ermənistan ballistik silahlara malikdir və ağ fosfordan da bu silahlarda istifadə edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media