“Ermənistan rəhbərliyi saxta propaqanda və dezinformasiya ilə məşğuldur”
11:41 02.10.2020
Arxiv
529
Ermənistan tərəfi yalan və dezinformasiya əsasında propoqanda həyata keçirməkdədir.
Bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan onların yalanlarını effektiv şəkildə ifşa edib:
“Ermənistan üçün bu çox böyük rüsvayçılıq oldu. Onlar iddia edirdilər ki, guya Ermənistan ərazisindən qalxan “Su-25” tipli döyüş təyyarəsi hansısa gözəgörünməz “F-16” təyyarəsi tərəfindən vurulub. Lakin, Azərbaycan tərəfi dərhal bununla bağlı məlumat verdi və bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Arsenalında “F-16” yoxdur və ölkəmizdə bu texnologiyadan istifadə olunmur.
Azərbaycanın əldə etdiyi məlumatlar sübut etdi ki, Ermənistanın ərazisindən iki ədəd “Su-25” tipli təyyarə qalxıb və Azərbaycan ərazisinə doğru hücum həyata keçirmək istəyirdi. Amma qeyri-peşəkarlıq nəticəsində havada toqquşub partlayıb. Ancaq Ermənistanın hərbi rəhbərliyi bu faktları öz xalqından gizlədir. Onlar yalnız saxta propaqanda və dezinformasiya ilə məşğuldurlar”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya