Ermənistanda Paşinyanın istefası tələbi ilə mitinqlər keçirilib, saxlanılanlar var
18:10 08.12.2020
Arxiv
343
Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinqlər keçirilib.
APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, etirazçılar hökuməti Ermənistanın milli maraqlarına xəyanətdə günahlandırıblar.
Dekabrın 5-də müxalifət Baş nazir Nikol Paşinyan və onun komandasına ultimatum verərək 8 dekabr saat 12:00-dək istefa verməsini tələb etmiş, əks halda vətəndaş itaətsizliyinin başlaması ilə bağlı xəbərdarlıq etmişdi. Lakin Paşinyan bu tələbi reallaşdırmadığı üçün bu gün paytaxt İrəvan və ölkənin müxtəlif regionlarında etiraz aksiyaları başlayıb.
Paşinyanın istefasını tələb edən aksiyalardan biri Milli Təhlükəsizlik Xidmətinin binası önündə keçirilib. Polis qüvvələri etirazçılara xəbərdarlıq etdikdən sonra aksiyaçılar şəhərin müxtəlif istiqamətlərində öz aksiyalarına davam ediblər. Ölkənin Baş Prokurorluğunun binası önündə də etiraz aksiyası keçirilib.
Etirazçılar şəhər metrosunun işinə müdaxilə etdiyi üçün müəyyən müddətlik paytaxtda metronun fəaliyyəti də dayandırılıb.
Yerevanın müxtəlif hisslərində keçirilən etiraz aksiyalarına ictimai və siyasi fiqurlar mədəniyyət və incəsənət nümayəndələri, tanınmış fəallar, vəkillər qatılıb.
Ölkənin Vəkillər Kollegiyasının sədri bildirib ki, 500-dən çox vəkil və hüquqşünas Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
Etiraz aksiyaları paytaxt Yerevanla yanaşı Geğarkunik, Ararat, Şirak, Lori regionlarında da keçirilib. Yolları kəsən aksiyaçılar "xəyanətkar Nikol", "Nikol, get" kimi şüarlar səsləndiriblər.
Baş nazir Nikol Paşinyanın tərəfdarları da Yerevanda hökumət binasının yaxınlığında piket keçirərək hökumətə dəstəklərini ifadə ediblər.
Polis hökumət əleyhinə keçirilən aksiyalarda 81 nəfərin saxlanıldığını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yayda isti çay içməyin faydaları
04:30 02.08.2026
Sağlamlıq
Alman həkimlərindən YÜKSƏK TƏZYİQİ salmaq üçün ən sadə üsul
03:28 02.08.2026
Sağlamlıq
ABŞ-də nadir və müalicəsi olmayan virus aşkarlanıb
03:28 02.08.2026
Sağlamlıq
Əminə Ərdoğan Dünya Ana Südü Həftəsi ilə bağlı paylaşım edib
02:21 02.08.2026
Cəmiyyət
ABŞ-də F-35B döyüş təyyarəsi qəzaya uğrayıb
02:15 02.08.2026
Dünya
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə