Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ABŞ-ın məşhur radiosunda
06:08 18.09.2020
Arxiv
587
ABŞ-ın məşhur radio aparıcısı Con Batçelor və ABŞ Prezidenti Riçard Niksonun nəvəsi, siyasi şərhçi Kristofer Nikson Koks cari ilin 16 sentyabr tarixində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə götürüb və sözügedən müsahibə ABŞ-ın Nyu York şəhərindən yayımlanan, çoxmilyonluq dinləyici auditoriyasına malik nüfuzlu “Con Batçelor Şou” radio proqramında yayımlanıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindəm APA -ya verilən məlumata görə, müsahibə zamanı səfir Elin Süleymanov cari ilin 15 sentyabr tarixində Ağ Evdə təşkil olunan “Abraham” razılığının imzalanma mərasimində iştirak etdiyini və Azərbaycanın dünyada mədəniyyətlər və dinlərarası sülh və dialoqun təşviqinin həmişə tərəfdarı olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə cari ilin 16 sentyabr tarixində Azərbaycanın yəhudi icmasını təbrik etdiyini bildirən Elin Süleymanov, Azərbaycan yəhudi icmasının əsrlər boyu Azərbaycanda sülh və əminamanlıq şəraitində yaşadığını xatırladıb.
Elin Süleymanov Azərbaycanın Müsəlman ölkəsi olaraq İslam dünyası üçün önəm daşıyan məsələləri təşviq etməklə yanaşı, İsrail ilə də normal diplomatik əlaqələr qurmağı bacardığını bildirib, bu mənada Azərbaycanın dünyanın bir çox ölkələri üçün nümunə ola biləcəyini qeyd edib və ölkəmizin İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmalara diqqət çəkən Elin Süleymanov, Ermənistanın sonuncu belə hərbi təxribatı nəticəsində bir azərbaycanlı əsgərin yaralandığını bildirib və Ermənistanın regionda sülhün və hətta öz xalqının rifahı əleyhinə olan addımlar atmaqda davam etdiyini vurğulayıb. Rusiyanın Ermənistana silah göndərməsinin Azərbaycan üçün ciddi narahatlıq yaratdığını qeyd edən E.Süleymanov, hazırda bu məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan və Rusiya arasında müzakirələrin aparıldığını diqqətə çatdırıb. Səfir ABŞ, Fransa və Rusiyanın həmsədri olduğu ATƏT-in Minsk Qrupunun fəaliyyətinin nisbətən passiv olduğunu bildirib və həmsədr ölkələrin Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün kifayət qədər fəallıq nümayiş etdirmədiklərini təəssüf hissi ilə qeyd edib.
Elin Süleymanov Ermənistanın Suriya və Livandan olan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirdiyini və bununla da həmin ərazilərdə demoqrafik vəziyyəti dəyişməyə çalışdığını vurğulayıb. Kristofer Nikson Koks son zamanlar Prezident Trampın bir neçə sülh razılaşmasına nail olduğunu vurğulayaraq, ABŞ tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün nə edə biləcəyini sual edib. Buna cavab olaraq Elin Süleymanov ABŞ rəhbərliyinin öz Fransa və Rusiya həmkərları ilə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsipi əsasında Azərbaycan və erməni xalqlarının gələcəyi naminə sülh razılaşmasına nail olmaqla ABŞ-ın özünün də maraqlarını təmin edə biləcəyini qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oktyabrın sonu beş BÜRC üçün çox maraqlı olacaq
08:30 29.10.2026
Sosial
"Axios": ABŞ və İsrail İran rəhbərliyinə zərbələr endirə bilər
08:07 29.10.2026
Son dəqiqə
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
04:24 29.10.2026
Relaks
Hər Cola şüşəsi ömrünüzdən 9 dəqiqə azaldır - Alimlər
03:53 29.10.2026
Sağlamlıq
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
02:46 29.10.2026
Aktual
2026-cı ilin sözü elan edildi
01:51 29.10.2026
Maraqlı
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual