Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi PERU MƏTBUATINDA
04:08 02.12.2020
Arxiv
442
Perunun nüfuzlu “Diario UNO” qəzetində Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi və atəşkəs bəyanatı haqda bu ölkədəki səfirimiz Məmməd Talıbovun “Azərbaycan hər zaman sülh tərəfdarı olub” başlıqlı müsahibəsi dərc olunub.
Azərbaycanın Meksikadakı Səfirliyindən APA -ya verilən məlumata görə, müsahibədə səfir Ermənistanın 1991-94-cü illər ərzində Azərbaycanın beynəlxalq qaydada tanınmış Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğal etdiyini, bu ərazilərdə etnik təmizləmə apararaq 1 milyon azərbaycanlını oradan qovduğunu, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Ermənistandan işğal etdiyi əraziləri azad etməsini tələb edən qətnamələrə məhəl qoymadığını, əvəzində işğalın nəticələrini gücləndirmək siyasəti apardığını və bu səbəbdən 28 il ərzində Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da heç bir nəticə əldə olunmadığını bildirib.
Qeyd edib ki, Azərbaycanın daim münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olsa da, Ermənistanda 2018-ci ildə milliyətçi qüvvələrin hakimiyyətə gəlməsindən sonra bu ölkənin Azərbaycana qarşı təxribat əməlləri artmış, 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələri dinc yaşayış məntəqələrini bombalamağa başlamış, nəticədə Azərbaycan ordusu özünümüdafiə hüququ çərçivəsində mülkü əhalinin təhlükəsizliyini təmin etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq və ərazi bütövlüyümüzü bərpa etmək üçün əks-hücum əməliyyatları aparmağa başlamışdır. Ermənistanın 44 günlük müharibə ərzində üç dəfə əldə olunmuş humanitar atəşkəsi pozduğunu deyən səfir, bu zaman Azərbaycanın münaqişə zonasından kənarda yerləşən iri şəhərlərinə raket zərbələri endirdiyini, mülki əhali arasında qorxu yaymaq məqsədi daşıyan bu hücumların qadınlar və uşaqlar da daxil olmaqla çoxsaylı itkilərə səbəb olduğunu və bu kimi müharibə cinayətlərinin Ermənistanın dövlət səviyyəsində terror həyata keçirdiyinin sübutu olduğunu məlumat verib.
www.smartzone.az
Daha ətraflı
Rusiyanın vasitəçiliyi və Türkiyənin yaxından iştirakı ilə əldə olunan atəşkəs razılaşması barədə danışan səfir, Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan bu sənədin tələblərinə əsasən, Ermənistan ordusunun Azərbaycanın işğal altında qalan ərazilərindən çıxarılmaqda olduğunu, bölgədə 5 il müddətinə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini və razılaşmanın müddəalarının icrasına nəzarət məqsədilə Rusiya və Türkiyənin daxil olduğu birgə monitorinq mərkəzinin yaradılacağını söyləyib.
İşğaldan azad edilmiş Azərbaycan şəhərlərinin 30 il ərzində Ermənistan tərəfindən tamamilə darmadağın edildiyini, razılaşmanın tələblərinə əsasən ermənilərin tərk etdiyi Azərbaycan şəhər və qəsəbələrində də infrastruktura və tarixi-mədəni irsə qarşı kütləvi talan hallarının müşahidə edildiyini və işğalçı ölkənin törətdiyi bu talanlarla bağlı Azərbaycanın beynəlxalq məhkəmə instansiyalarına müraciət edəcəyini bildirən səfir, bu ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma işlərinin başa çatmasından sonra məcburi köçkünlərimizin öz yurdlarına qayıdacağını qeyd edib.
Azərbaycan çoxmədəniyyətli ölkə olduğunu, 40-a yaxın müxtəlif etnik mənsubiyyətdən olan insanlara, o cümlədən on minlərlə erməni ailəsinə ev sahibliyi etdiyini, bu baxımdan Dağlıq Qarabağ ərazisində məskunlaşmış ermənilərlə də heç bir problemimiz olmadığını deyən səfir, ermənilərin Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlər törətmiş olmasına və bu səbəbdən barışığın çətin olmasına rəğmən, azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasından sonra iki xalqın birlikdə barışıq içində yaşaması gərəkliyini, Ermənistanın da qisasçı və təcavüzkar xislətini kənara qoymalı və öz xalqını davamlı sülhə hazırlamalı olduğunu qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə
Saatlıda 8 kiloqram narkotik vasitə aşkarlandı
09:37 29.06.2026
Hadisə
Qızıl və gümüş ucuzlaşdı
09:09 29.06.2026
İqtisadiyyat
Kiprda iki uşaq avtomobildə ölü tapıldı
08:28 29.06.2026
Dünya
Britninin oğulları podiumda!
07:27 29.06.2026
Şou
“iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir
06:52 29.06.2026
Texnologiya
Daha bol məhsul üçün yayda budanmalı olan 7 meyvə ağacı
06:16 29.06.2026
Maraqlı
SZ: Polşa Almaniyadan təzminat tələbi ilə bağlı taktikasını dəyişib
05:35 29.06.2026
Dünya
Beyons əri ilə Nyu-York küçələrində
03:49 29.06.2026
Dünya
DÇ-2026: Kanada 1/8 finala çıxıb
03:13 29.06.2026
Futbol