Ermənistanın hədəflərindən biri də TANAP boru xəttini nəzarətə almaq idi - Prezident
17:56 05.10.2020
Arxiv
530
"İyul ayında Ermənistanın Tovuza hücumunun bir neçə hədəfi var idi. Çünki ondan öncəki dönəmdə bəyan etmişdilər ki, əgər Dağlıq Qarabağ ətrafında döyüşlər olarsa, onlar bizim strateji infrastruktur layihələrimizi vurmağa hazırdırlar - Səngəçal Neft-Qaz Terminalı və boru xətti. Ona görə Tovuz bölgəsində hücumun bir məqsədi də o idi ki, onlar test edirdilər, haraya qədər girə bilərlər. Çünki orada onların əsas məqsədi dövlət sərhədini keçmək, Azərbaycan torpaqlarını işğal etmək və həmin TANAP boru xəttinə yaxınlaşmaq, yaxud da ki, onu nəzarətə almaq idi".
APA xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində səsləndirib.
Hücumun digər səbəblərindən də danışan dövlətimizin başçısı deyib: “Hazırda Ermənistanda çox dərin böhran yaşanır, həm siyasi, həm iqtisadi. Bu böhran nəticəsində Ermənistanda siyasi əlaqələr pozulub. Çünki indi Paşinyan hakimiyyəti əsas müxalifət liderlərini həbsə atdırır. Misal üçün, əsas müxalifət partiyasının sədrini deputat toxunulmazlığından məhrum etdi, həbsə atdı. İki keçmiş prezidentə qarşı cinayət işi açıldı. Söz azadlığı, sərbəst toplaşma azadlığı yoxdur. Konstitusiya Məhkəməsini zor gücü ilə məhv etdi, öz adamlarını gətirdi. Ona görə Ermənistanın daxilində artıq çox ciddi bir narahatlıq var. Paşinyan ictimai fikri yayındırmaq üçün bu hücumu təşkil edir. Rusiyanı cəlb etmək, strateji infrastrukturumuzu məhv etmək, daxildəki vəziyyəti sabitləşdirmək və Azərbaycan torpaqlarının bir qismini işğal etmək və ondan sonra müzakirələrdə öz mövqeyini gücləndirmək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm