Ermənistanın təxribatı nəticəsində Mingəçevirdə 31 fərdi yaşayış evinə ziyan dəyib
11:49 14.11.2020
Arxiv
467
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Mingəçevir şəhərinə dəymiş ziyanın qiymətləndirilməsinə başlanıb.
APA-nın un məlumatına görə, İşçi qrupu Mingəçevir şəhərində də qiymətləndirmə işlərinə start verib. Maliyyə nazirinin müşaviri, Mingəçevir şəhəri üzrə İşçi qrupunun rəhbəri Rafiq Hüseynov APA-ya bildirib ki, biz artıq şəhər ərazisində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi işlərinə başlanılıb: “Hazırda Mingəçevir şəhərində fəaliyyətimizi davam etdiririk. İşçi qrupunun fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb. İşçi qrupu tərəfindən bu günədək 34 akt tərtib edilib. Bunun 31-i fərdi yaşayış evlərinin, 3-ü nəqliyyat vasitələrinin payına düşür. Bir ev və bir yarımçıq tikili tamamilə yararsız hala düşüb. Ermənilərin şəhəri raket atəşinə tutması nəticəsində yararsız vəziyyətə düşmüş bir yaşayış evinin tikintisi və iki evin isə təmiri "Azərenerji" tərəfindən həyata keçirilir. Dekabrın 10-dək dəymiş ziyanın qiymətləndirilməsi və tələb olunan maliyyə vəsaitinin həcminə dair təkliflər Dövlət Komissiyasına təqdim ediləcək. Bir neçə günə biz işimi yekunlaşdıracıq".
Xatırladaq ki noyabrın 6-da Prezident İlham Əliyev "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Mingəçevir, Gəncə, Goranboy, Naftalan və digər şəhər və rayonlara ezam ediliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Meloni Ermənistanla bağlı yeni təklif verdi
13:57 03.08.2026
Dünya
Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək
13:35 03.08.2026
Gündəm
Ukrayna ordusu əks-hücuma keçdi, Rusiyanın planı pozuldu
13:23 03.08.2026
Dünya
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı