Ermənistanın vurduğu zərərin məbləğinin müəyyənləşdirilməsi üçün müvafiq komissiyalar yaradılır - RƏSMİ
15:17 31.10.2020
Arxiv
473
Baş Prokurorluqda Ermənistan silahlı qüvvələrinin təcavüzlərinə qarşı üç kateqoriyada cinayət işləri başlanılıb.
APA-nın xəbərinə görə, bu barədə Hərbi İnformasiya Mərkəzinin brifinqində Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.
O qeyd edib ki, birinci kateqoriyada başladılan cinayət işləri cəbhə bölgəsindən kənarda yerləşən Azərbaycanın şəhər və rayonlarına vurulmuş ziyanla bağlıdır: “İkinci kateqoriyada başladılan cinayət işləri işğal altında olan ərazilərdə qanunsuz iqtisadi fəaliyyətin aparılması ilə əlaqədardır. Üçüncü kateqoriya isə işğaldan azad olunmuş və işğal altında qalan ərazilərdə tarixi abidələrin məhvi və ekologiya cinayəti ilə bağlıdır. Hazırda hər cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən mümkün olan tədbirlər aparılır, hadisə yerlərinə baxış keçirilir. Dəymiş zərərin müəyyən edilməsi üçün müvafiq ekspertizalar, həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilir. Zərərin məbləğinin müəyyənləşdirilməsi üçün müvafiq komissiyalar yaradılır. Ermənistanın işğalçılıq və təcavüzkar aktları barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün mümkün bütün tədbirlər görülür. Təqsirkar şəxslərin həm milli, həm beynəlxalq qanunvericiliyin tələblərinə əsasən məsuliyyətə cəlb olunması və sanksiyaların tətbiq olunması məqsədilə bütün tədbirlər görülməkdədir. Bunun üçün beynəlxalq təşkilatlara müraciət edilməsi təmin olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə