Feysbuk istifadəçilərinin sayı artıb





Feysbuk istifadəçilərinin sayı 1,79 miliarda çatıb.

Sherg.az xəbər verir ki, bu barədə Fransanın Lesechos.fr saytı məlumat yayıb. Xəbərə görə, istifadəçilərin sayının artması ilə yanaşı şəbəkə rəhbərinin gəlirləri də çoxalıb : « Son 3 ay ərzində bu şəbəkənin reklamları çoxalıb. Yəni reklamlar 59 faizdən 84 faizə yüksəlib. Bu da, şəbəkəyə əlavə 6,8 milyard dollar gəlir gətirir. Xəbərdə o da qeyd olunur ki, ötən 3ay ərzində 1,71 milyard idisə, indi bu, 1, 79 milyarda çatıb. Həmin istifadəçilərin isə gündəlik olaraq 66 faizi feybukdan istifadə edir.
 
Ayyət Əhməd