Fransada virusun daha təhlükəli növü aşkarlandı

Fransada bir vətəndaşda koronavirusun Cənubi Afrikada aşkarlanan təhlükəli növü tapılıb.

Axar.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə Nazirliyi məlumat yayıb.

Həmin şəxsin bir müddət əvvəl Cənubi Afrikaya getdiyi bildirilib.

Açıqlamada bu virusun adi COVİD-19-dan daha yoluxucu olduğu diqqətə çatdırılıb.

Məlumata görə, sözügedən şəxs karantinə alınıb və hazırda onun səhhəti yaxşılaşmağa doğru gedir.