Gəncədə evi tərk edən COVID-19 xəstələri saxlanıldı
07:22 23.11.2020
Arxiv
322
Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Aybəniz Abdullayevanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, Tovuz rayonuna getməsi aşkarlanıb.
Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə A.Abdullayeva yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.
Bundan başqa Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşları da koronavirus infeksiyasına yoluxan şəhər sakini Ramil Məmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edərək mağazaya getməsini və beləliklə digər şəhər sakinlərinin sağlamlığını ciddi təhlükəyə atmasını müəyyən ediblər.
Polis əməkdaşları dərhal onun şəhər ərazisində yerini müəyyən edərək yaşadığı evə göndəriblər. Həmin şəxs barəsində Nizami RPİ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.
ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində daha bir şəhər sakini Mehman Nəcəfovun yaşadığı ünvanı tərk etməsi, dostları ilə yaxın təmasda olması və beləliklə “COVID-19” virusunun yayılmasına şərait yaratması aşkar edilib. Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə göndəriblər.
M.Nəcəfov barəsində toplanan materiallar araşdırılması üçün Kəpəz RPİ-nin Təhqiqat Bölməsinə göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Cənubi Qafqaz Rusiyanın əlindən çıxır” - ANALİTİK
20:30 19.02.2026
Gündəm
“8 müharibəni bitirdik, 9-cusu yoldadır” - Tramp
20:25 19.02.2026
Gündəm
Tramp: İranla mənalı bir razılaşma əldə etməliyik, əks halda...
19:50 19.02.2026
Dünya
Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı
19:31 19.02.2026
Cəmiyyət
Üzərlik xəbərdarlığı Rusiyayla bağlı məsələdir - EKSPERT
19:28 19.02.2026
Gündəm
İlham Əliyev Vaşinqtonda Nikol Paşinyanla ayaqüstü söhbət edib
18:59 19.02.2026
Siyasət
AZAL-dan Rusiyaya üzərlik aparanlara - Xəbərdarlıq
18:44 19.02.2026
Cəmiyyət
Kənan MM və Orxan Saffari polisə çağırıldı
18:37 19.02.2026
Cəmiyyət
Qubada məktəblini zorlamaqda şübhəli bilinən yeniyetmə SAXLANILIB
18:30 19.02.2026
Hadisə
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
18:24 19.02.2026
Hadisə
Kaya Kallas Rusiyaya qarşı TƏLƏBLƏR SƏNƏDİNİ təqdim etdi
18:07 19.02.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:00 19.02.2026
Dünya
Leyen Qrenlandiyaya gedir
17:53 19.02.2026
Dünya
Kartofu niyə qabığı ilə yemək daha faydalıdır?
17:46 19.02.2026
Sağlamlıq
Müğənni Dəniz Əsədovaya ittiham elan edildi
17:39 19.02.2026
Şou