General-mayor Polad Həşimovun məzarı ziyarət edilib
13:16 02.01.2021
Arxiv
449
Yanvarın 2-də Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, eləcə də Milli Qəhrəmanın ailə üzvləri Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun məzarını ziyarət edərək ehtiramlarını bildirib.
APA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, anım mərasimində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında ətraflı məlumat verib. Bildirilib ki, P.Həşimov 45 il əvvəl Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Sonra o, taleyini hərbçilik peşəsinə bağlamaq üçün indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib.
Taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksələn P.Həşimov, cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib.
P.Həşimov 14 iyul 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Anım mərasimində çıxış edən polkovnik Aydın Əyyubov Müdafiə Nazirliyinin rəhbərliyi adından bir daha şəhidin ailəsinə başsağlığı verib və Polad kimi oğulların ölməzliyini, əbədiliyini bir daha vurğulayıb.
Şəhidin qardaşı İlham Həşimov Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Şəhidin məzarı önünə Müdafiə Nazirliyi adından əklil və gül dəstələri qoyulub, dualar oxunub və Azərbaycan əsgərinin hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqları vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Yaşıl Taksonomiya təsdiq edilib
19:31 01.05.2026
İqtisadiyyat
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə