Goranboya “Smerç”dən atılan kasset raketin hissələri aşkarlandı - FOTO

Goranboy rayonunun Qızılhacılı kəndində “Smerç” qurğusundan atılmış kasset raketin daşıma-paylama hissələri aşkarlanıb.
Bu barədə "Sherg.az"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.
Lent.az hadisə yerindən fotoları təqdim edir.