Haaqa Məhkəməsinə müraciət edilsə, Ermənistanın hərbi cinayətləri araşdırıla bilər
10:23 09.10.2020
Arxiv
628
“Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində beynəlxalq cinayətlər, Xocalıda soyqırımı törədib, etnik təmizləmə həyata keçirib”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən brifinqdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov bildirib.
N.Səfərov deyib ki, Ermənistan insanlıq əleyhinə hərbi cinayətlərə yol verib:
“Belə cinayətlər ilkin mərhələdə milli məhkəmə sistemində mühakimə olunur. Azərbaycan hüquq-mühafizə orqanları bununla bağlı konkret cinayət işi açıb, de-fakto Cenevrə Konvensiyası, beynəlxalq humanitar hüququn əsas prinsipləri pozulub, insanlıq əleyhinə cinayət törədilib.
Biz ümid edirik ki, bu, məntiqi sonluğa çatacaq, bu cinayətləri törədənlərin hamısı məsuliyyətə cəlb olunacaq. Beynəlxalq mühakiməyə gəlincə, bu gün Beynəlxalq Cinayət Məhkəməsi - Haaqa Məhkəməsi mövcuddur. Bu məhkəmə işğal, insanlıq əleyhinə hərbi cinayətlər, soyqırımı kimi cinayətlərə baxır.
Hələlik nə Azərbaycan, nə də Ermənistan bu orqanın iştirakçısıdır. Ancaq unutmaq lazım deyil ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 13-cü maddəsi mövcuddur.
Bir və bir neçə belə cinayət törədildikdə, BMT Təhlükəsizlik Şurası Beynəlxalq Cinayət Məhkəməsinə istintaqın başlaması üçün müraciət edə bilər. Azərbaycan bunun bütün hüquqi imkanlara malikdir.
İnsanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi bu gün beynəlxalq səviyyədə qarşıda duran əsas vəzifədir.
Bu, bütün dövlətlər qarşısında öhdəlik qoyur ki, Azərbaycanla əməkdaşlıq etsin və belə şəxslərin üçüncü dövlətlərin ərazisində təhlükəsiz sığınacaq tapmasının qarşısı alınsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm
Ağdamda ağır qəza: 6 nəfər...
16:49 03.07.2026
Hadisə