Hande Harmancıdan koronavirusun mutasiyası ilə bağlı AÇIQLAMA


“Koronavirus ailəsi çox az hallarda mutasiyaya uğrayır”.

Oxu.Az xəbər verir ki, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

O qeyd edib ki, ÜST-ün dünyanın hər yerində laboratoriyaları var:

“Burada koronavirus nümunələri götürülür və analiz edilir. Bu vaxta kimi virusun mutasiyasına rast gəlinməyib”.

“Amma analizlər davam etdiriləcək”, - deyə o qeyd edib.