Haqq yolumuzdan dönməyəcəyik
Həmişə fikirləşmişəm ki, özünə hörmət etməyən adamın başqasına hörmət edə biləcəyi ehtimalı gülüncdür.
Hüseyin Cavid yadıma düşüb:
-İblis nədir?
-Cümlə xəyanətlərə bais…
-Ya hər kəsə xain olan insan nədir?
-İblis.
Boynuma alıram ki, niyəsə «iblis» sözü mənə erməniləri xatırladır. Axı, dünyanın ən tanınmış müdrikləri belə onlar haqqında yaxşı bir fikir söyləmirlərsə, nəyə görə bu müdriklərin sözlərini, fikirlərini tez-tez yadımızdan çıxarırıq?! Görkəmli fransız yazıçısı Aleksandr Düma yazırdı: “Ermənilər həmişə erməni dinindən fərqli dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə onlar öz fikirlərini, hisslərini və məramlarını gizlədən vücudlara, habelə, dələduzlara və fırıldaqçılara çevrilmişlər”. Yüzlərlə belə misal çəkə bilərəm. Amma nə fayda?! Güya onlar özləri kim olduqlarını bilmirlər?! Hamı bilir. Hamıdan da yaxşı havadarları bilir. Amma ermənilər onlara planlarını həyata keçirmək üçün lazımdırlar. Cənab Prezidentimiz də bu ünsürləri yaxşı tanıyır. Və Türkiyənin “Haber Global” televiziya kanalına verdiyi müsahibə də bunu təsdiq edir.
Atəşkəsin real həyatda baş vermədiyini önə çəkən ölkə başçısı bildirdi ki, Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir. Dünya bunu təkrar görür. Oun da qeyd etdi ki, Moskva şəhərində baş vermiş son danışıqların nəticələri Azərbaycanın xeyrinədir. Danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsipləri mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir. Odur ki, Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır.
Prezidentimizin “Haber Global” televiziya kanalına söylədikləri bir daha inamımızı artırdı, ədalət zəfər çalacağını yəqin etdi.
Müsahibədə qardaş Türkiyə haqqında deyilən fikirlər əslində hər bir azərbaycanlının ürəyindən keçən sözlərdir. Doğrudan da qardaş Türkiyənin rolu əvəzolunmazdır. Münaqişənin siyasi yol ilə həll olunmasında Türkiyə fəal rol oynamalıdır. Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir. Odur ki, Türkiyə problemin həllində iştirak etməlidir.
Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz.
Strateji yüksəkliklərin əldə olunması Azərbaycana taktik üstünkülər verir. Bütün əsas strateji əhəmiyyət kəsb edən yüksəkliklərin əldə olunması xalqımızın böyük qələbəsini yaxınlaşdırır.
Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır. İşğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaqdır. Lazımi infrastruktur yaradılacaq və normal həyat yaşanacaqdır.
Bəli, Azərbaycan atəşkəsə razılıq verdi. Atəşkəs əldə olunduqduqdan sonra Azərbaycan tərəfi sözünə sadiq qalaraq atəşi dayandırdı və qərar verildi ki, diplomatik danışıqlarla barışıq əldə olunması üzrə fəaliyyətə başlayaq. Lakin, görünür cəbhə xəttində Azərbaycan tərəfinin əks-hücumu qarşı tərəfə dərs olmamışdır və mənfur düşmən yenidən çirkin əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum etmişdir. Gecə saatlarında Gəncə şəhəri “Toçka-U” raketi ilə atəşə tutulmuşdur. Bu bir daha sübut etdi ki, Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir.
Və cəınab Prezident çox haqlı olaraq Türkiyə jurnalistinə bildirdi: Azərbaycan mülki əhali ilə müharibə aparmır. Biz Gəncə bombardmanının əvəzini döyüş meydanında verəcəyik. Biz saat 12-dən qüvvəyə minmiş atəşkəs rejiminə sadiqik, lakin görəndə ki, qarşı tərəf buna riayət etmir, biz də özümüzü müdafiə etməliyik.
Ölkə başçısının həm Türkiyənin “Haber Global” televiziya kanalına, həm «Rossiya-1» telekanalının «60 dəqiqə» proqramına, «ƏL-Cəzirə», «Əl-Ərəbiyə», «TRT Haber», «Pervıy Kanal», «CNN-Türk» televiziya kanallarında və digər mənbələrdə yayınlanan müsahibələrində Azərbaycanın konstruktiv mövqeyini bir daha ifadə edərək torpaqların işğal faktı ilə heç zaman barışmayacağını israrla bildirdi. Bu gün biz gənclər də böyük azərbaycanlı, qayğıkeş dövlət başçısı, əvəzedilməz lider, sevimli Prezidentimiz İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazırıq. Və belə qətiyyətli sərkərdəmiz olduğu üçün hər zaman qürur hissi yaşayırıq.
Elgün ƏZİZOV,
«Yevlax Gənclər evi» sosial xidmət
müəssisəsinin direktoru