Həkim koronanın saç tökülməsinə təsirlərindən danışdı
10:49 01.02.2021
Arxiv
635
Koronavirusdan sağalan bir çox pasiyentlər şiddətli saç tökülməsi ilə bağlı müraciət edirlər.
Bunu Media.az-a müsahibəsində həkim trixoloq Gültəkin Abdullayeva koronavirusun saç strukturuna nə dərəcədə təsir etdiyi ilə bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, şiddətli saç tökülməsi sağaldıqdan 6-10 həftə sonra başlayır və həm gənc, həm də yaşlı xəstələrdə müşahidə edilir.
Müsahib postkovid dövründə xəstələrdə bu halın mümkün səbəblərini və patogenezini də sadalayıb. O, ilk olaraq xəstəliyin yaratdığı ağır intoksikasiyanı göstərib.
“Bundan başqa insanın bədəni və immun sistemi əvvəllər görünməmiş və ya tanınmayan bir virusla qarşılaşdıqda böyük bir stres altına düşür. Həmçinin ağır xəstələrin müalicəsində istifadə edilən antiviral dərmanlar, ağır antibiotik birləşmələri, antikoagulyantlar, xinin preparatları və digərləri ciddi saç tökülməsi kimi yan təsirlərə səbəb ola bilər”.
G.Abdullayeva dördüncü səbəb kimi ağır koroanvirus xəstələrində immunitet reaksiyası olan sitkoin fırtınasının da şiddətli saç tökülməsi ilə nəticələnə biləcəyini vurğulayıb.
Bununla belə, o, bir çox hallarda saç tökülməsinin tibbi müdaxilə olmadan da bir neçə ay ərzində sabitləşdiyini vurğulayıb.
“Ancaq həddindən artıq narahatlıq saç tökülməsini daha da sürətləndirir. Həqiqət budur ki, saçlarını tamamilə tökülməsindən qorxan bir insan davamlı stres altındadır və bu da bərpa prosesini çətinləşdirir. Bəzi hallarda stresdən saç tökülməsi uzun illər müalicə tələb edir. Əlbəttə ki, burada artıq mütəxəssisin köməyinə ehtiyac var”, - deyə trixoloq əlavə edib.
Mütəxəssis saçların daha sağlam və gözəl qalması üçün ilk olaraq sağlam həyat tərzinin vacibliyini vurğulayıb.
“Balanslaşdırılmış pəhriz saç daxil olmaqla bütün bədən üçün əsas vitamin və mineralların mənbəyidir. Təcrübəmdə tez-tez qadınların sərt pəhriz saxladıqları hallarına rast gəlirəm ki, bu da saçların keyfiyyətinin pisləşməsinə səbəb olur, həmçinin şiddətli saç tökülməsinə gətirib çıxarır”.
Bundan əlavə, həkim saç baxımı məhsullarının - şampunların, balzamların, lazım olduqda qidalandırıcı maskaların, yağların düzgün seçilməsinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya