"Hətta evimizi də “Qarabağ”ın üzünə açarıq" - “Başakşəhər”in prezidenti
12:28 23.10.2020
Arxiv
584
“Dünən bazaya gələndə mənə dedilər ki, UEFA Azərbaycanın “Qarabağ” klubuna öz meydanında oynamaq icazəsi verməyib. Eşitdim ki, alternativ ölkələr arasında Türkiyə də var”.
Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Başakşəhər” klubunun prezidenti Göksəl Gümüşdağ bildirib.
Klub rəhbəri Avropa Liqasının II turunda “Qarabağ” – “Vilyarreal” matçının “Başakşəhər Fatih Terim” stadionuna salınmasına münasibət bildirib. O, bu qərardan məmnunluğunu dilə gətirib: “Azərbaycan klubu UEFA və “Başakşəhər”in razılığı olarsa, bizim stadionumuzda oynamaq istədiyini bildirmişdi. Mən də dedim ki, azərbaycanlı, xüsusilə qarabağlı qardaşlarımızı burada qəbul etməkdən qürur duyarıq. İki dövlət, bir millət hissini hər zaman yaşamışıq. Dostluq, qardaşlıq dar gündə bilinər. Stadionumuzu da, klubumuzu da, hətta evimizi də “Qarabağ”ın üzünə açarıq. Təlimat verdim ki, dərhal əlaqə saxlayın, bizim buna hazır olduğumuzu bildirin. UEFA bizdən qərarımızı soruşdu, cavabımız müsbət oldu”.
Gümüşdağ komandasının Çempionlar Liqasında iştirakı səbəbindən ot örtüyündə yaranacaq problemdən də narahatlıq keçirmədiklərini vurğulayıb: “Oktyabrın 28-də Çempionlar Liqası çərçivəsində PSJ-ni qəbul edəcəyik, bir gün sonra isə “Qarabağ” “Vilyarreal”la qarşılaşacaq. Belə bir gündə ot örtüyündə yaranacaq problemdən danışmağa belə ehtiyac duymuruq. Biz onları ən yaxşı şəkildə evimizdə qəbul etməyə hazırıq. Can qardaşlarımızı, “Qarabağ” klubunu ən yüksək səviyyədə qonaq edəcəyik”.
“Başakşəhər”in prezidenti “Qarabağ”ın hər 3 ev matçının stadionlarında keçirilməsinə belə, razılıq verdiklərini deyib: “Qarabağ”ın 3 ev oyununun hamısının burada keçirilməsinə razıyıq. Amma UEFA hələlik bir oyunla bağlı qərar verib. Əgər UEFA müsbət rəy verərsə, “Qarabağ” digər iki görüşü də burada öz evindəki kimi keçirə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
iPhone 18 Pro Max-in qiyməti ilə bağlı iddialar gündəmdə
21:35 04.08.2026
Texnologiya
Putin qanunu imzaladı: Xarici ticarətdə yeni mərhələ
21:32 04.08.2026
İqtisadiyyat
Suriya Rusiyadan neft idxalını azaltmağa hazırlaşır
21:22 04.08.2026
Dünya
Türkiyədə tanınmış teleaparıcı həbs edildi
21:13 04.08.2026
Dünya
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
21:00 04.08.2026
Hadisə
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm