Hitlerin ona təşkil olunan sui-qəsddən təsadüf nəticəsində necə xilas olduğu faktı çox maraqlıdır. O inanılmaz hadisənin təfərrüatlarını bilmək üçün 1944-cü ilin 20 iyuluna nəzər salaq. Hitlerin danışıqlar masasında Almaniyanın üst səviyyəli generalları toplaşıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Həmin dövrlərdə Hitlerin əleyhdarları onu hakimiyyətdən uzaqlaşdırmaq üçün yollar arayırdı. Onlar hesab edirdilər ki, əvvəla Hitlerin başçılıq etdiyi partiya üzvləri və SS kimi partiya ideologiyasında yetişmiş qruplar ləğv edilməlidir. Daha sonra Almaniyada demokratik mühiti yenidən bərpa etmək və Almaniya müharibədə məğlub olmamışdan öncə müttəfiqlərlə müqavilə bağlayıb, müharibəyə son qoymaq gərəkirdi.
1943 və 1944-ci illərdə müharibə açıq bir şəkildə Almaniyanın əleyhinə çevirildi. Şərq cəbhəsində sürətlə geri çəkilməyə başlayan almanlar, əvvəl Şimali Afrikadan sıxışdırıldı. Daha sonra müttəfiqlərin Siciliya və İtaliya torpağına hücumu ilə İtaliyanın müharibən kənarda qalması qərbdə yeni bir cəbhənin açılması müzakirə edilirdi.
Daha əvvəl Afrikada xidmət edən və burada bir qolunu və bir gözünü itirən polkovnik Claus von Stauffenberq Almaniya üçün ən böyük təhlükənin Hitler və ideologiyası olduğunu bilirdi. O, Hitler öldürülmədən çevrilişin reallaşmayacağını, o qətlə yetirilsə belə, Himmler, Görinq, Goebbels kimi yüksək səviyyəli partiya üzvlərinin də kənarlaşdırılması lazım olduğunu düşünürdü.
1944-cü ilin 20 iyul günü Stauffenberq, Hitlerin olduğu iclas zalına, içində 970 qram ingilis istehsallı partlayıcı olan sənəd çantası ilə girdi. Çanta masanın altına, Hitlerin ayaqlarının çox yaxınına yerləşdirildi. Planına görə, o telefona çağırılması bəhanəsi ilə çölə çağırılacaq. Stauffenberq də hazır vəziyyətdəki təyyarəsilə birbaşa Berlinə uçub, Hitlerin öldüyünü və hakimiyyətin artıq Wehrmachtta olduğunu bildirən bəyannaməni alman xalqına çatdıracaqdı.

Stauffenberq toplantının keçirildiyi salona daxil olur. İclasda üç silahlı qüvvətlərdən 18 zabit yer almışdı. İçəridəki masanın ətrafında SS hərbçiləri ayaqda gözləyirdilər. Hermann Görinq və Henrix Himmler iclasda yox idi. Hitler əlindəki lupayla oynayır, həmin anda önündəki xəritələrdə kiçik yazıları oxumaq üçün lupadan istifadə edirdi. Feldmarşal Vilhelm Keitel polkovnik von Stauffenberqin nə üçün gəldiyini Hitlerə bildirir. Hitler, bir gözü lentlə bağlanmış tək qollu Stauffenberqe baxır, onu yüngülcə salamlayır və Stauffenberqin hazırlamış olduğu hesabatına qulaq asmamışdan əvvəl general Heusinqerle işini bitirmək istədiyini söyləyir.

Stauffenberq general Günther Korten və polkovnik Haynts Brandtın arasına keçib masaya oturur. Hitler yarım metr o tərəfdə oturmuşdu. İçində bomba olan çantasını yerə qoyur. Çantanı irəli itələyərək, palıd ağacından hazırlanmış qalın masanın ayağına söykəyir. Çanta Hitlerin ayaqlarından iki metr kənarda idi. O zaman saat 12.37-ni göstərirdi. General Heusinqer sözünə davam edir, masanın üzərindəki nəhəng vəziyyət xəritəsində adı keçən yerləri göstərirdi. Hitler və zabitlər da xəritənin üzərinə əyilib, baxırdılar.
Bu zaman Stauffenberqin çölə çıxdığının kimsə fərqinə varmadı. Onu yalnız polkovnik Brandt gördü. Brandt o zaman generalın söylədiklərinə qulaq asırdı. Bir ara xəritəni daha yaxşı görmək üçün masanın üzərinə əyildi, ayağı Stauffenberqin çantasına toxundu. Ayağıyla çantanı kənara itələməyə çalışdı. Sonra bir əliylə uzandı və çantanı qaldırıb ağır masa ayağının o biri tərəfinə qoydu. Hitlerin həyatını bəlkə də, zahirən çox əhəmiyyətsiz olan bu hərəkət xilas etmişdir.
Bəs, Hitler o partlayışdan necə xilas oldu?
Toplantı şərqi Prussiyanın Rastenburq qəsəbəsində (indiki Polşanın Ketrzyn qəsəbəsində) Hitlerin məşhur qərargahı olan Wolfsschanze (canavar yuvası) adı kimi tanınan, meşənin içində gizlədilmiş, son dərəcə qalın beton divarlardan düzəldilmiş binada aparılmalıdır. Bu binanın bütün divarları yenilməz betondan idi və xaricə açılan pəncərəsi yox idi. Bu da içəridə partlayışın təsirini artıracaq, çölə çıxmayan şok dalğa içərini sanki cəhənnəmə çevirəcəkdi. Ancaq Hitler, havanın isti olması səbəbilə son anda toplantının konfrans zalında keçirilməsini istəyir. Hava isti olduğu üçün bütün pəncərələri açıq olan konfrans salonunda partlayış gözlənilən təsiri göstərməyib, şok dalğa pəncərədən bayıra çıxaraq partlayışın təsirini azaldıb.

Əslində eyni partlayıcıdan iki ədədlə görüşə gələn Stauffenberq, Hitlerin iclası 15 dəqiqə tez başlaması ilə ikinci bomba sistemini işə salacaq zamanı tapmamışdır. Aldığı müharibə yaraları ilə sol gözünü, sağ əlini və sol əlində isə üzük və çeçələ barmaqlarını itirmiş Stauffenberq üçün bu mexanizmi işə salmaq heç də asan deyildi.
Hitlerin çox yaxınlığına qoyulan çanta, son anda oradakı adamlardan birinin (polkovnik Haynts Brandt) ayağına toxunmuş və polkovnik Brandt çantanı daha uzaq bir küncə, masanın ayağının o biri tərəfinə qoymuşdu (Polkovnik Brandtin bu partlayışda bir ayağı qopmuş və bir gün sonra xəstəxanada həyatını itirib).
Üzərində xəritələr və hərbi sənədlər olan palıd ağacından hazırlanmış qalın və ağır iclas masası, sanki bir müdafiə rolunu oynayaraq Hitleri qorumuşdu.
Hitler bu sui-qəsd cəhdindən xilas olanda onu tanrı tərəfindən qorunduğuna inanmış və hazırladığı planı, tanrının təsdiq etdiyi plan kimi düşünərək müharibənin sonuna qədər bildiyini etmiş və ətrafındakı heç kəsin təkliflərini nəzərə almayaraq müharibəni uduzmuşdu.
Bundan başqa, ən güvəndiyi zabitlərdən birinin də onu öldürməyə cəhd etməsi nəticəsində ətrafındakıların hamısından şübhələnmişdi. Vəziyyət belə olduğuna görə tez-tez generalların yerini dəyişdirmiş və orduda işlərin axsamasına səbəb olmuşdur.
Sonradan Yozef Goebbels, Hitlerin sağ- salamat olduğunu radiodan açıqlayıb və Hitler şəxsən dövlət radiosunda həyatda olduğuna dair çıxış edib. Bundan sonra sui-qəsdçilər çevrilişin uğursuz olduğunu fərq edib. Sui-qəsdçilər Bendlerstrassedeki ofislərində qısa müddətli toqquşma zamanı Stauffenberq çiyinindən yaralanıb. Stauffenberq və tərəfdarları 21 iyul 1944-cu ildə tələsik ofislərində həbs olunublar.
Öz həyatını xilas etmək üçün təşəbbüs göstərən ortaq sui-qəsdçi Generaloberst Fridrix Fromm, Bendlerblock Başkomutanlık-ında (Ordu komandanlığı) ekspromt bir məhkəmə quraraq sui-qəsdçiləri və başçılarını pisləyib, ölümə məhkum edib. Fridrix Frommun əmri ilə Bendlerblockun həyətində, edam dəstəsi (21 iyul 1944) o gecə saat 01:00-da əvvəl tüfənglə vurularaq edam edildilər.
Stauffenberqden sonra edam ediləcək olan yavəri leytenant von Haeften üçüncü idi. Edam zamanı Stauffenberq birinci idi, ancaq leytenant von Haeften Stauffenberq ilə edam cərgəsi arasına özü keçdi və Stauffenberqin yerinə vuruldu. Edam edilərkən Stauffenberqin son sözləri "Es leb unser Heiliges Deutschland!" (Yaşasın müqəddəs Almaniyamız!)- deyə bağırmaq olub.