İcma sədrindən kanadalı senatora ÇAĞIRIŞ - "Azərbaycan xalqından üzr istəyin!"
12:20 29.10.2020
Arxiv
492
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin Azərbaycan-Kanada Parlamentlərarası dostluq qrupunun rəhbəri Tural Gəncəliyev Kanada Parlamentinin senatoru Leo Housakos və Ontario yerli parlamentinin üzvü Gurratan Singhə həm video, həm də yazılı formatda etirazını bildirib.
İcmadan "Sherg.az"a bildirilib ki, son günlər adıçəkilən şəxslər Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğalını dəstəkləyən bəyanatlar səsləndiriblər.
Tural Gəncəliyev həmin şəxslərin və bütün Kanada Parlamentinin üzvlərinin diqqətinə münaqişə bölgəsindən uzaqda yerləşən Azərbaycanın yaşayış məntəqələrinə Ermənistan tərəfindən atılan qadağan olunmuş raketlər nəticəsində 100-ə yaxın mülki əhalinin öldürülməsi və onların 10 nəfərinin azyaşlı olması faktını çatdırıb: “Seçicilərinizin hüquqlarını qorumaq əvəzinə, sizə verilən tribunadan erməni lobbisinin ruporu kimi çıxış etməyiniz seçicilərinizə hörmətsizlik kimi qiymətləndirilir. Siz bu hərəkətlərinizlə Ermənistan silahlı qüvvələrinin Azərbaycan mülki vətəndaşlarına qarşı törətdiyi müharibə cinayətlərinin müdafiəçisinə çevrilirsiniz”.
Müraciətdə Tural Gəncəliyev Kanadanın Ontario və Quebec bölgələrinin əhalisinə səslənərək bildirir ki, onları parlamentdə təmsil edən şəxslər günahsız insanların ölümlərinə bütün insan haqlarını kobud şəkildə pozaraq haqq qazandırır: “Bu siyasətçilər doğrudanmı sizin dəstəyinizə layiqdirlər?”
T. Gəncəliyev, Singh və Housakosun xalqımıza qarşı qərəzli mövqelərini kəskin şəkildə qınamaqla yanaşı, onları Azərbaycan xalqından üzr istəməyə çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya