İcmadan bəyanat: Düşmən növbəti təcavüz aktına hazırlaşır - Cavabı mütləq olacaq!
Yusif Nəzərli
05:29 17.09.2020
Arxiv
667
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatı
Ermənistan həm özü, həm də Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma qurumun dili ilə ölkəmizə qarşı təxribatçı bəyanatlar verməkdə davam edir.
Qondarma rejimin “başçısı” münaqişənin tənzimlənməsi üçün 7 “prinsip” irəli sürdüklərini bildirib.
"Sherg.az"ın xəbərinə görə, bəyanatda qeyd olunur ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan da əsassız və təxribatçı 7 prinsip ilə çıxış etmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulamışdı ki, biz yalnız bir şərt irəli sürürük: Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.
İcma olaraq bildiririk ki, Ermənistan heç bir vəchlə dünya ictimaiyyətini aldada bilməz. Həqiqət ondan ibarətdir ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 1/5-ni işğal edib, etnik təmizləmə törədib, 1 milyona qədər azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin salıb və həyata keçirdiyi təcavüzü gizlətmək üçün işğal olunmuş torpaqlarımızda cinayətkar rejim yaradıb.
Cəzasızlıqdan və həyasızlıqdan qaynaqlanan bu “prinsiplər” tamamilə qəbuledilməzdir. Münaqişənin tərəfi Ermənistan və Azərbaycan, maraqlı tərəfləri isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarıdır. Danışıqların formatı dəyişə bilməz.
Ermənistan Dağlıq Qarabağın erməni icması ilə dialoq təklifimizi nəinki rədd edir, hətta bizim mövcudluğumuzu belə inkar edir. Bu isə Ermənistanda dövlət səviyyəsində aparılan Azərbaycanafobiya siyasətinin bariz nümunəsidir.
Azərbaycanın ən böyük güzəşti uzun illərdən bəri sülh danışıqlarında iştirak etməsidir. Münaqişənin həlli yalnız və yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən tam şəkildə çıxarılması və bütün məcburi köçkünlərin öz yurdlarına geri qayıdışı ilə mümkündür.
Son vaxtlar Ermənistanın təxribatçı bəyanat və əməlləri onu göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı növbəti təcavüz aktı həyata keçirməyə hazırlaşır. Lakin Azərbaycan ordusu 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda olduğu kimi düşmənə layiqli cavab verəcəkdir.
Doğma Qarabağımız Ermənistan ordusu və onun yaratdığı oyuncaq rejimdən təmizlənəcəkdir. Tarixi torpaqlarımızın işğalı müvəqqətidir və biz mütləq öz torpaqlarımıza geri qayıdacağıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya