İcra başçısı: "Sentyabrın 27-dən Tərtərə 15 500-ə yaxın mərmi düşüb"
10:23 29.10.2020
Arxiv
451
“Tərtər mütəmadi olaraq atəş altındadır. Sentyabrın 27-dən bu günə qədər Tərtərə ümumilikdə 15 500-ə yaxın mərmi düşüb. Bir günə 2280 ədəd mərmi düşdüyü gün olub”.
APA-nın məlumatına görə, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrinin Tərtər rayonuna səfəri zamanı yerli və xarici mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, mərmilərin düşməsi nəticəsində 17 nəfər dinc sakin həlak olub: “Onlardan 1-i uşaq, 1-i isə qadındır. 61 nəfər yaralımız var. Yaralıların 51-i artıq öz evlərinə buraxılıb, 10 nəfər isə respublikanın müxtəlif şəhərlərində müalicə alırlar. İndiyə qədər 133 ev tamamilə dağılıb, 873 ev qismən ziyan çəkib, 14 məktəb, 3 xəstəxana, 18 inzibati bina, 65 ictimai yaşayış binasına (1-i tamamilə dağıdılıb) ziyan dəyib. Ümumilikdə 1200-ə yaxın insan ermənilərin Tərtərə hücumundan ziyan çəkib”.
M.Məmmədov insanların təhlükəsizliyi üçün rayonda görülən işlərdən də danışıb: “Tərtər rayonunun kəndlərində 11 ədəd sığınacaq, şəhər ərazisində 44042 kvadrat metr böyüklüyündə sığınacaq hazırlanıb. Əhalinin böyük əksəriyyəti sığınacaqlardadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya