İctimai fəalın döyülməsi iddiaları il bağlı açıqlama - RƏSMİ
10:26 01.05.2020
Arxiv
495
Sosial şəbəkələrdə ictimai fəal Niyaməddin Əhmədovun işgəncələrə məruz qaldığına dair məlumatlar paylaşılıb.
Oxu.Az xəbər verir ki, paylaşımlarda iddia edilir ki, Binəqədi İnzibati Saxlanma Təcridxanasında 30 sutkalıq inzibati həbs cəzası çəkən N.Əhmədova ağır işgəncələr verilib və bu barədə o, çətinliklə də olsa, ailə üzvlərinə məlumat ötürə bilib.
Sosial şəbəkədə yayılan məlumatların da ilk olaraq ictimai fəal N.Əhmədovun ailə üzvləri tərəfindən ictimailəşdirildiyi qeyd olunur.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, karantin rejimini pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülür:
“Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, gün ərzində onlarla vətəndaş ictimai nəzarəti həyata keçirən polis əməkdaşları tərəfindən müəyyən edilərək, barələrində inzibati qaydada tədbirlər görülür. Tovuz rayon sakini Niyaməddin Arif oğlu Əhmədov da onlardan biridir. Aprelin 16-da o, xüsusi karantin rejimini pozduğu üçün saxlanılıb.
Bu əməli azmış kimi, o, üstəlik polisin qanuni tələbinə də riayət etməyib. Ona görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci və 535-ci maddəlləri ilə protokol tərtib olunub və Xətai rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka həbs edilib”.
E.Zahidov onu da əlavə edib ki, vətəndaş N.Əhmədovun söyülməsi və işgəncələrə məruz qalması haqqında sosial şəbəkələrdə paylaşılan məlumatlar əsassızdır:
“Bəziləri sosial şəbəkələrdə N.Əhmədovun həbsi ətrafında əsl şou yaradaraq iddia edirlər ki, guya o, şərlənib, döyülüb, təzyiqə məruz qalıb. Bu iddiaların heç bir əsası yoxdur. Qərəzdən irəli gələn uydurmalardır. N.Əhmədov törətdiyi konkret hüquqazidd əmələ görə qanuna uyğun olaraq, məhkəmənin qərarı ilə həbs edilib. Saxlanılan andan vəkillə təmin olunub, həkim müayinəsindən keçirilib. Vaxtında qida ilə təmin olunur və saxlanma şəraitindən də heç bir narazılığı yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi