İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını və hücumlarını qınadı
17:48 28.09.2020
Arxiv
348
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Azərbaycana qarşı mülki insan tələfatına səbəb olan hücumlarını dərin narahatlıqla izləyir.
APA xəbər verir ki, İƏT-in bununla bağlı yaydığı bəyanatda Baş Katibliyin Ermənistan silahlı qüvvələrinin təxribat və hücumlarını kəskin şəkildə qınadığı vurğulanır. Qeyd edilir ki, Baş Katiblik Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha ifadə edir, İslam Əməkdaşlıq Təşkilatının qərar və qətnamələrini, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini xatırladaraq, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını, iki ölkə arasındakı münaqişənin Azərbaycanın suverenliyinə hörmətə, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına əsaslanan siyasi yolla həllinə nail olmaq üçün dialoqun qəbul edilməsini tələb edir.
Baş Katiblik şəhid olan Azərbaycan vətəndaşlarının ailələrinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə