İki azyaşlı rəfiqə əl-ələ verib intihar etmək istədi


Türkiyədə azyaşlı qızlar arasında dava intihara cəhd ilə nəticələnib.

Bu barədə “Sondakika.com” məlumat yayıb.

Bildirilib ki, uşaq evində iki qız qrupu arasında başlayan davada rəfiqələr əl-ələ verərək binanın damında intihara cəhd edib.

Polislərin müdaxiləsi ilə onlar damdan endirilib.

Hadisə ilə bağlı araşdırma başladılıb.