"İlham Əliyev 24 saat yatmadan prosesləri izləyir" - Şamil Ayrım
10:03 07.10.2020
Arxiv
1418
Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdən sonra yayılan bir foto sosial şəbəkələrdə trendə çevrilib. Fotoda Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycan Prezidenti İlham Əliyevin üzləri olduqca sevincli, məğrurdur. İlham Əliyev yumruq sıxıb və bu mənzərədən qalibiyyət jesti aydın duyulur.
"Sherg.az" xəbər verir ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın Sosial Tədqiqatlar Mərkəzinə bu fotonun çəkildiyi anla bağlı danışıb:
“Fotoda Azərbaycan prezidenti son dərəcədə müsbət əhvaldadır. Azərbaycanın uğurları, milli ruhla mücadiləni davam etdirməsi, hər gün yeni əraziləri azad etməsidir onun bu sevincinə səbəb. Özü də 24 saat yatmadan bütün prosesləri izləyir. Bizim Xarici İşlər naziriylə ikilikdə görüşdükdən sonra birlikdə çıxdılar. Prezident İlham Əliyev qapıya qədər gəldi.
Mən ona ən qısa zamanda inşallah hər şeyin yaxşı olacağını, Qarabağın azad ediləcəyini bildirdim. İlham Əliyev tezliklə Qarabağa Azərbaycan bayrağını bizim prezidentimizlə birlikdə sancacacaqlarını ifadə etdi”.
Şamil Ayırım Qarabağdan dünyaya mesajlarının nə olacağını da dilə gətirib:
“Bildirərik ki, bura bizim öz coğrafiyamız, tarixi Azərbaycan torpaqlarıdır. Bütün dünyaya bunun yayılmasını istəyirik. Biz bu torpaqlarda sülhün, sabitliyin hakim olmasını istəyirik. Əlinizi buradan çəkin! Buraxın insanlar dostcasına yaşasınlar, qonşuluq əlaqələrini inkişaf etdirsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alen Simonyan son sərəncamını verdi: Mükafat payladı
23:35 03.07.2026
Cənubi Qafqaz
Netanyahu Trampla ABŞ-də görüşməyə razılıq verib
21:57 03.07.2026
Dünya
Dmitri Medvedyev İranda Pezeşkianla görüşdü
21:21 03.07.2026
Region
Şərif sabah Türkiyəyə gəlir
21:00 03.07.2026
Gündəm
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
20:20 03.07.2026
Sosial
Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub
20:13 03.07.2026
Dünya
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya