İlham Əliyev dövlət şirkətlərini sərt tənqid etdi
12:01 26.02.2021
Arxiv
518
“Hamı bilir ki, İnvestisiya Holdinqi nəyə görə yaranıb. Bu, mənim fərmanımda da qeyd edilib ki, idarəetmə sistemini təkmilləşdirmək üçün. Dövlət şirkətlərində idarəetmə sistemi axsayır, müasir tələblərə cavab vermir. Bu idarəetmə sistemi büdcədən pulların “sağılması” məqsədilə istifadə olunur”.
"Sherg.az"ın məlumatına görə, bunu Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
İlham Əliyevin sözlərinə görə, demək olar ki, hazırda heç bir dövlət şirkəti özünü təmin edə bilmir:
“Həmişə büdcədən dotasiyalara ehtiyac olur. Belə davam edə bilməz. Digər tərəfdən hazırkı vəziyyəti, həmçinin, Qarabağın da bərpasını nəzərə alsaq, strateji infrastruktur dövlətin əlində qalmalıdır. Bu, birmənalıdır. Əks halda biz ərazini bərpa edə bilməyəcəyik. Bu mərhələdə məqsədimiz dövlət şirkətlərinin korporativ idarəetməsini beynəlxalq normalara çatdırmaqdır. Lazım olan nəzarəti təmin etməkdir.
Bunun üçün məşvərət şuraları yaradılır, orada hökumətin nümayəndələri təmsil olunur ki, nəzarətsizlik olmasın, pullar hədər xərclənməsin. Bu gün dövlət şirkətləri əsasən dövlətin boynunda olan böyük bir yükdür. Hətta, Dövlət Neft Şirkəti belə, hansı ki, Azərbaycanın ən böyük vergi ödəyicisidir. O da bu yaxınlara qədər dövlətdən qazlaşdırma üçün dotasiya alırdı. Bu belə davam edə bilməz. Təbii ki, bir neçə istisnalar var. Əksəriyyəti isə səmərəsizdir. Həm rəhbərliyin möhkəmləndirilməsi, həm də idarəetmənin təkmilləşdirilməsi baxımından, kim yeni qaydalarla şəffaf işləmək istəməsə, məsuliyyətə cəlb olunacaq”.
Prezident qeyd edib ki, dövlət şirkətlərinin özəlləşdirilməsi məsələsinə gəldikdə isə ən azından 2021-ci il üçün bu dəqiq olmayacaq:
“Lakin, bəzi dövlət şirkətlərinin müəyyən iş sahələri özəl kapital hesabına inkişaf etməlidirlər. İlk növbədə enerji sahəsini qeyd etmək istəyirəm. Biz özəl investisiyalar üçün bu sahəni açmışıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual