İlham Əliyev: "İndi isə Azərbaycan özü status-kvonu dəyişir"
20:27 07.10.2020
Arxiv
502
Son üç ayda Azərbaycana üç hücum edilib. Biri iyulda Ermənistan-Azərbaycan sərhədində, Dağlıq Qarabağ regionundan uzaqda olub və Ermənistanın məqsədi Azərbaycanın yeni ərazilərini işğal etmək idi.
APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 7-də “Euronews” televiziyasına verdiyi müsahibəsində səsləndirib.
Dövlət başçısı bildirib ki, düşmən bunu etməyə müvəffəq olmayıb:
“Ordumuz onları məğlub etdi. Sonra avqustun 23-də onlar bizim mülki şəxslərimiz və hərbçilərimizə qarşı terror aktları törətmək üçün diversiya qrupu göndərdilər. Bu da onlar üçün uğursuz oldu. Çünki diversiya qrupunun başçısı saxlanıldı və o, eynilə mənim indi dediklərimə dair ifadələr verir. Sentyabrın sonunda onlar bizim kəndlərimizə və şəhərlərimizə qarşı genişmiqyaslı hücuma keçdilər. Sizə deyə bilərəm ki, bu günə qədər 900 ev tamamilə dağılıb və ya zərər çəkib, mülki şəxslər arasında çox sayda tələfat və yaralı insanlar var. İndi Ermənistan çox acı məğlubiyyətlə üzləşəndə onlar atəşkəs üçün yalvarırlar. Atəşkəsi onlar özləri pozdular, Ermənistan qoşunlarının tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymurlar. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa, onların prezidentləri dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymadı, indi isə Azərbaycan özü status-kvonu dəyişir və düşünürəm ki, bu, münaqişənin ən tez zamanda həlli istiqamətində mühüm addım olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla ABŞ-də görüşməyə razılıq verib
21:57 03.07.2026
Dünya
Dmitri Medvedyev İranda Pezeşkianla görüşdü
21:21 03.07.2026
Region
Şərif sabah Türkiyəyə gəlir
21:00 03.07.2026
Gündəm
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
20:20 03.07.2026
Sosial
Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub
20:13 03.07.2026
Dünya
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya