İnfarktdan qabaqcadan necə xəbər tutmaq olar?
23:59 14.09.2020
Arxiv
519
Əhali arasında ən geniş yayılan problemlərdən biri də ürək infarktıdır. Qəfləti ölümlərə səbəb olduğuna görə, bu, çox təhlükəli bir hal sayılır. Amma mütəxəssislər infarkt öncəsi bir sıra əlamətlərə görə, ölümlərin, ciddi fəsadların qarşısını almağı mümkün sayırlar.
Yaxınlaşan infarktın ümumiyyətlə, nəfəs darlığı, sinə ağrısı və güclü narahatlıq hissi ilə özünü büruzə verdiyi bildirilir.
Lent.az e-tibb.az-a istinadla xəbər verir ki, son araşdırmalara görə, kardioloqlar yaxınlaşan infarktın dəri simptomunun da olduğunu açıqlayıblar. Bildirilir ki, dəridə “Osler düyünləri” deyilən görüntü- dərialtı toxuma və ya dəridə qırmızımtıl izlərin olması təhlükəli bir vəziyyətə işarə ola bilər. Kardioloqlar ən çox ovuc və barmaqlarda yerləşən noxud boyda olan törəmələrin təhlükəsi barədə xəbərdarlıq ediblər.
Qeyd olunub ki, düyünlərin əmələ gəlməsi müstəqil bir dəri xəstəliyi deyil, uzunmüddətli infeksion endokarditin (ürəyin daxili qişasının iltihabı-red.) əlamətidir. Florida Dermatoloji və Dəri Xərçəngi Mərkəzinin mütəxəssislərinin bildirdiyinə görə, bu, ürək-damar xəstəlikləri ilə əlaqəli təhlükəli vəziyyətlərin yaranma riskini artırır.
Mütəxəssislər bildirir ki, məhz “Osler düyünləri”nə görə, ürək problemlərinə tez-tez dermatoloq qəbulunda diaqnoz qoyulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol