İpoteka ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirildi
10:53 25.09.2020
Arxiv
629
Mülki və Vergi məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” qanunların bəzi müddəalarının tənzimlənməsi məqsədi ilə yaradılmış işçi qrupunun iclası keçirilib.
Milli Məclisin yaydığı məlumata görə, iclasda işçi qrupunun üzvləri - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, komitənin sədr müavini Əli Məsimli, deputatlardan Mahir Abbaszadə, Vüqar Bayramov, Aydın Hüseynov, ekspertlər qismində dəvət olunmuş Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev, İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədr müavini Rəhman Hümmətov iştirak ediblər.
Məlumat verilib ki, işçi qrupunun İqtisadiyyat və Ədliyyə nazirliklərinin, Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri ilə birgə ilk görüşü olub, müzakirələr aparılıb. Həmçinin müzakirələr zamanı səsləndirilən təkliflər nəzərə alınıb.
Komitə sədri Tahir Mirkişili bildirib ki, hazırda müvafiq qanunların təkmilləşdirilməsi istiqamətində iş aparılır.
“Burada məqsəd bu sahədə olan qeyri-müəyyənliyin aradan qaldırılması, o cümlədən vətəndaşların kredit götürdükləri zaman qoyduğu girovun, daşınmaz əmlakın satışının şəffaf, əlçatan olması, bankların toksik aktivlərdən azad olunmasına dəstək olmaqdır”, - deyə T.Mirkişili əlavə edib.
Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev, İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədr müavini Rəhman Hümmətov məsələ ilə bağlı fikirlərini bildiriblər.
Ekspertlər ipoteka kreditlərinin götürülməsi, əmlakın girov qoyulması, mülkiyyətin qiymətləndirilməsi, qiymətləndiricinin səlahiyyətləri, bank əməliyyatları zamanı yaranan mübahisəli məsələlər və onların həlli yolları, bir sıra digər məqamlar barədə açıqlamalar veriblər.
Xatırladaq ki, Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2020-ci il tarixli qərarına əsasən, ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edilə bilər.
Bu halda ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi Milli Məclisə tövsiyə olunub.
Məsələyə qiymət verilməsi üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi işçi qrupu yaradıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət