İran ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqeri Ərdoğanla görüşüb - Ciddi müzakirə






Bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri Ankaraya səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb. 

"Sherg.az"ın "Lefigaro.fr"ə istinadən xəbərinə görə, yüksək səviyyədə keçən görüşdə Suriya böhranı və İraq məsələləri ətrafında ciddi müzakirələr aparılıb. Türkiyəli həmkarı Hulusi Akarın dəvətilə Türkiyəyə səfər edən M. Baqeri   ilə R.T.Ərdoğan arasında görüş 50 dəqiqə davam edib. 

Bundan başqa məlumat üçün bildirək ki, M.Baqeri Türkiyə müdafiə naziri Nürəddin Canikli ilə də görüşüb. Və onlar hər iki ölkəni ayıran sərhədlərin təhlükəsizliyinin təmin edilməsi ətrafında müzakirələr aparılıb. Çünki sərhədlərində terrorçu qruplaşmaların yer alması Ankara və Tehranın  narahatlığına səbəb olub və ona görə də bu ölkələr həmin terrorçu qruplaşmalara qarşı birgə mübarizə aparmağın vacibliyini bəyan ediblər.  

Eyni zamanda sentyabrın 25-də  İraqda Kürdüstanın müstəqilliyinə dair baş tutacaq referendum ətrafında da söhbətlər aparılıb. Tərəflər məlum referenduma narazılıqlarını ifadə ediblər. Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bu referendumun baş tutmasının İraqda vətəndaş qarşıdurmasına səbəb olacağını bəyan edib. 

Tərcümə etdi: Ayyət ƏHMƏD