İran rəsmisi: “Azərbaycan bizim üçün önəmli ölkədir”
09:00 01.03.2021
Arxiv
451
“Azərbaycan İran üçün çox önəmli və əhəmiyyətli ölkədir”.
APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı İranın Qum şəhərində keçirilən Qarabağa həsr olunmuş beynəlxalq konfransında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan-İran münasibətləri yüksək səviyyədədir və iki ölkə arasında bu münasibətlərin davam etdirilməsi üçün addımlar atılır: “Bu münasibətlər yaxşı qonşuluq siyasəti çərçivəsində aparılır”.
Nazir müavini bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə birgə layihələr icra olunub və olunmaqdadır: “Səhiyyə turizmi və sərhəd mübadilələrini buna misal göstərmək olar”.
O əlavə edib ki, Qarabağ münaqişəsi başlanandan İran Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini dəstəkləyib: “İran həmişə Azərbaycan ərazilərinin işğalına qarşı olub. Bunun bariz nümunəsi Xudafərin su bəndinin inşa edilməsi ilə əlaqədar Azərbaycanla İran arasında müqavilənin imzalanmasını göstərmək olar. Bu su bəndi inşa edildiyi zaman işğal olunmuş ərazilərdə idi. Azərbaycanla İran arasındakı müqavilə İranın Ermənistanın işğalçılığına qarşı olduğunu göstərir. Bununla əlaqədar Ermənistan tərəfi ilə müzakirə aparıldı və onların su bəndi ərazisini tərk etmələri və heç bir müdaxilə etməmələri istənildi. Artıq bu su bəndi İran və Azərbaycan münasibətlərinin simvoluna çevrilib”.
Qeyd edək ki, bu gün İranın Qum şəhərində Qarabağa həsr olunmuş beynəlxalq konfrans keçirilir. Konfransa İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi, Qum Dini Elmlər Seminariyasının müdiri Əlirza Ərafi, İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın və Azərbaycan parlamenti dostluq qrupunun sədri Əli Nikzad, Belarus, Rusiya, Gürcüstan, Ukrayna nümayəndələri qatılıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidenti Brüsselə rəsmi səfərə gedib
19:36 22.06.2026
Dünya
Almaniya pensiya yaşını artırmağı planlaşdırır
18:35 22.06.2026
Dünya
İrəvan Moskvaya maliyyə təminatı kimi yanaşır - Zaxarova
18:17 22.06.2026
Dünya
Ali məktəb artıq təhsil yox biznes ocağıdır - SOSİOLOQ
17:58 22.06.2026
Elm və Təhsil
Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır
17:42 22.06.2026
Region
“Paşinyan seçkidən əvvəl verdiyi sözə əməl etmədi”
17:40 22.06.2026
Siyasət
Zaxarova: Ermənistan bunu bizim hesabımıza edə bilməz
17:12 22.06.2026
Dünya
ABŞ-nin vitse-prezidenti İranın yaydığı məlumatı təkzib etdi
16:23 22.06.2026
Dünya
ABŞ dondurulmuş pulları əvəzinə İrana ərzaq verəcək
15:54 22.06.2026
Gündəm